SON XƏBƏRLƏR
Bu COVID-19 dərmanları apteklərdə satılacaq

Yazının dərc olunma Tarixi: 18/9/2020

Bu COVID-19 dərmanları apteklərdə satılacaq
Rusiyada 2 koronavirus dərmanının apteklərdə satışına start verilib.

Bu barədə “R-Farm”ın mətbuat xidmətindən RBK qəzetinə bildirilib.

“Koronavir” (R-Farm şirkəti) və “Areplivir” (Promomed şirkəti) dərmanları xəstəliyi yüngül və ya orta dərəcədə keçirən infeksiya daşıyıcıları üçün nəzərdə tutulub. Firma təmsilçiləri preparatların COVID-19 xəstəliyi səbəbilə xəstənin bədənində komplikasiya yaranması riskini minimuma endirdiyini bildirir.

Aparılan sınaqlarda dərmanların koronavirus xəstələrini 7 gün içində yaxşılaşdırdığı məlum olub.



Fikrini bildir