SON XƏBƏRLƏR
Hulusi Akar: “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq!”

Yazının dərc olunma Tarixi: 28/10/2020

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın Qarabağda apardığı azadlıq savaşını dəstəkləyib, qardaş ölkənin bütün imkanları ilə bu mübarizədə Azərbaycanın yanında olacağını bildirib.

Hulusi Akar: “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq!”“Haqlı mübarizəsində bütün imkanlarımızla sona qədər Azərbaycanın yanındayıq. Regional və qlobal münaqişələrin dərinləşdiyi bu həssas vaxtda kiprli və azərbaycanlı qardaşlarımız başda olmaqla, bütün dost və qardaşlarımızın haqlı mübarizələrində bütün imkanlarımızla sona qədər yanlarındayıq”, - Hulusi Akar 29 oktyabr – Türkiyənin Respublika günü münasibətilə müraciətində Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində yerləşdirilmiş bəyanatında vurğulayıb.



Fikrini bildir