SON XƏBƏRLƏR
Türkdilli Dövlətlər Bakıda Qarabağla bağlı görüş keçirəcək

Yazının dərc olunma Tarixi: 31/10/2020

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin noyabrın 2-də Bakıda növbədənkənar iclası keçiriləcək.

Türkdilli Dövlətlər Bakıda Qarabağla bağlı görüş keçirəcəkBu barədə Azərbaycan Sahibkarlar Milli Konfederasiyasından bildirilib.

Məlumatda deyilir ki, “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun şanlı qələbələri nəticəsində işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi inkişafı perspektivləri haqqında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatalarının üzvlərinə daha dolğun və geniş məlumatın təqdim edilməsidir.



Fikrini bildir