SON XƏBƏRLƏR
Qardaş ölkədən növbəti dəstək: “Azərbaycanın yanındayıq”

Yazının dərc olunma Tarixi: 3/11/2020

Qarabağda hərbi əməliyyatlar başlandığı gündən etibarən qardaş Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları keçirilir.

Qardaş ölkədən növbəti dəstək: “Azərbaycanın yanındayıq”Balıkesir vilayətinin Bandırma şəhərində Azərbaycana dəstək aksiyası keçirilib.

“Azərbaycanın yanındayıq və bu belə də davam edəcək” Ülkü Ocakları Təhsil və Kültür Vəqfi (Ülkü Ocakları eğitim ve Kültür vakfı) tərəfindən təşkil edilən aksiyaya gənclər, eləcə də müxtəlif partiyaların təmsilçiləri qatılıblar. Aksiya iştirakçılarının yaydığı bəyanatda deyilir ki, 30 ilə yaxındır Azərbaycan torpaqları işğal altındadır. Ermənistan ordusu uşaq, yaşlı, qadın demədən mülkü əhalini hədəf seçib. “Azərbaycan öz torpaqları uğrunda döyüşür, torpaqlar qarış-qarış işğaldan azad edilir. Türk milləti üçün Vətən bütün dəyərlərdən üstündür. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Türkiyə haqq savaşında Azərbaycanın yanındadır və bu belə də davam edəcək”.

Ordu küçələrində Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillər…

Qardaş ölkənin turizm məkanlarından biri olan Ordu şəhərində Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillərlə yürüş keçirilib. Azaflı Sosial Yardım və Kültür Dərnəyinin təşkilatçılığı ilə keçirilən yürüşə polis avtomobilləri də qatılıb. Dərnəyin mətbuat xidməti Mehtap Öztürk bildirib ki, Gəncə və Bərdədə mülkü əhaliyə hücum hiddət doğurur. Lakin dünya ictimaiyyəti bu cinayətə səssiz qalıb. “Dünyanın biganəliyinə baxmayaraq Azərbaycan haqq savaşı verir. Bütün dünya duysun, qardaş ölkə öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində qoruyur. Türkiyənin ürəyi Azərbaycanla birgə döyünür, biz qardaşlarımızın yanındayıq”.



Fikrini bildir