SON XƏBƏRLƏR
MN rəsmisi: "Azərbaycan əsgəri hədəfə yaxınlaşır"

Yazının dərc olunma Tarixi: 6/11/2020

MN rəsmisi: "Azərbaycan əsgəri hədəfə yaxınlaşır"
"Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam manelərini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır". Bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov deyib.

"Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir”, - deyə A.Eyvazov vurğulayıb.

"Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər var. Əldə edilən kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər müxtəlif ölkə vətəndaşları olan erməni əsilli muzdlulardır. Ermənistan siyasi-hərbi rəhbərliyi hiyləgərcəsinə onları qabağa - faktiki olaraq ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edilməsinə dair iftiralar atır, onların meyitlərinə də sahib çıxmır", - MN sözçüsü əlavə edib.



Fikrini bildir