SON XƏBƏRLƏR
Vətəndaş Baş Prokurordan kömək istəyir

Yazının dərc olunma Tarixi: 8/3/2018

Ramin Səlimov: “Müstəntiq bizi qəbul edəndə Baş Prokurorluğun işçisi Yaqut Əliyeva ona zəng vurub qardaşının işi olduğundan şikayəti rədd etməsini tapşırdı...”
Vətəndaş Baş Prokurordan kömək istəyir
Bakı şəhəri, R.Behbudov-142, mənzil 43-də yaşayan Səlimov Ramin Tahir oğlu tərəfindən “Təzadlar”a daxil olan şikayət məktubu Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova ünvanlıdır. Şikayətçi başına gələn müsibətdən söz açaraq yazır:

Çox hörmətli Zakir müəllim!

Yazıb Sizə bildirirəm ki, 11.11.2017-ci ildə “Luxshopbaku” adlı instagram sahifəsindən (səhifənin sahibi Səbinə Allahverdiyeva, tel. 055-777-52-77) orijinal adı ilə “Cartier” markasına aid olan qızıl bilərzik almışam. Bilərzik 3850 ABŞ dolları dəyərində olub. Bilərziyi mənə Səbinənin sürücüsü Natiq adlı sürücü (0555034585) mənim evimin qarşısına, yəni Nəsimi rayonu, R. Behbudov-144 ünvanına gətirdi və dedi ki, malın yiyəsi Yaqut adlı xanımdır və bu xanımı tanıyıram, o, prokurorluq orqanlarında çalışır. Buna görə də tam rahat ola bilərsiniz ki, bu bilərzik orijinaldır. Mən bilərziyi Bakıdakı “Cartier” mağazasına yoxlamağa apardım. Lakin onlar mənə malın orijinal olduğunu təsdiq edə bilmədilər. Və dedilər ki, bilərziyi yoxlamaq üçün İtaliyaya yollamaq lazım olacaq. Mən sonra Səbinə Allahverdiyeva ilə telefon əlaqəsi saxladım. Səbinəyə bildirdim ki, bilərziyi yoxlatmaq üçün onu Milana aparacağam, Səbinə mənə bildirdi ki, malın sahibi ilə danışmalıdır. 2 dəqiqə sonra Səbinə mənə zəng vuraraq bildirdi ki, bilərziyin sahibi ilə danışmaq lazımdır. Sürücü Natiq malın sahibinə zəng vuraraq telefonu mənə verdı. Özünü malın sahibi kimi təqdim edən şəxs Ouliyev Hüseyn Bəşir oğlu (0502777745) ilə danışarkən mən, mənim həyat yoldaşım və sürücü Natiq də yanımda idilər. Onunla danışarkən dedim ki, bilərziyi yoxlatmaq üçün Milan şəhərinə aparmalıyam, onun orijınal olub-olmadığını orda deyə bilərlər. O, mənə istədiyim yerdə onu yoxlada biləcəyimi söylədi. Hüseyn mənə pulu ödəməyimi dedi. Mən isə ona pulu yalnız yanvar ayında Milanda yoxladandan sonra bilərziyi alıb-almayacağımı dedim.

O, bu şərtə razılaşdı və dedi ki, mal 100 faiz orijinaldır, “Cartier” brendinə məxsusdur və Avropada “Carüer” mağazasından alınıb. Sonra mən pulu sürücüyə verdim. Nəhayət, Milanda bilərziyi Vıa Montenapoleone 16/A ünvanında yerləşən “Cartier boutique” mağazasında yoxladan zaman malın saxta olduğunu mənə bildirdilər. Bunu təstiq edən video görüntü də var. Mən Bakıya gələn kimi dərhal Səbinə və malın sahibi ilə əlaqə saxlayıb malı qaytarmaq istədiyimi bildirsəm də, onlar malı qaytarmaqdan imtina etdilər. Bu dələduzluq barəsində DİN-nin “102 xidməti”nə zəng vuraraq şikayətimi bildirdim. 21.01.2018-ci il tarixdə Nəsimi RPİ 21-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Arzu Tağıyev məni şikayətimlə bağlı polis bölməsinə dəvət etdi. Həyat yoldaşımla orada olarkən, şikayətimi yazarkən təhqiqatçıya telefon zəngi gəldi və təhqiqatçı bizim yanımızda telefona cavab verib danışmağa başladı. Biz də bu danışıqların şahidi olduq. Zəng vuran Yaqut adlı xanım malın sahibi kimi tanıdığımız Əliyev Hüseynin bacısı və Baş Prokurorluğun şikayət və ərizə qəbulu şöbəsində işlədiyini söylədi. Və danışıq əsnasında vəzifəsindən sui-istifadə edərək bu şikayəti təcili rədd etməyi təhqiqatçıya bizim yanımızdaca tapşırdı. Deyilən kimi oldu. Belə ki, 26.02.2018-ci il tarixində öyrəndim ki, təhqiqatçı Arzu Tağıyev şikayətimə xitam verib.

Hörmətli Zakir müəllim!

Nəzərinizə çatdırıram ki, 15.02.2018-ci il tarixində həmin bilərzik ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzində yoxlanılıb və saxta olduğuna dair rəy veririlib. Bilərziyin saxta olduğu aşkar olunsa da, Arzu Tağıyev işə xitam verib.

Sizdən xahiş edirəm, müstəntiqin və Baş Prokurorluğun əməkdaşının qanunsuz hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz”.

Redaksiyadan: şikayətlə bağlı təhqiqatçı Arzu Tağıyevlə əlaqə saxladıq. O, barəsində deyilənlərin yalan və qərəzli olduğunu bildirdi...

Mövzuya qayıdacağıq. (tezadlar.az)



Fikrini bildir