SON XƏBƏRLƏR
BUNA NƏ AD VERMƏK OLAR?-ETİRAZ- YENİLƏNİR

Yazının dərc olunma Tarixi: 3/6/2018

BUNA NƏ AD VERMƏK OLAR?-ETİRAZ- YENİLƏNİR
Azər Ələkbərov,
Bakı şəhəri 22 saylı məktəbin direktoru

DOSTLAR, HƏMKARLAR, SONA QƏDƏR OXUYUN VACİBDİR!
Məni taniyan və sosial şəbəkələrdə aktiv olan təhsil işçiləri bilirlər ki, hal-hazırda çalışdığım məktəbə rotasiya olunan gündən bəzi özlərini “media” adlandıran saytlar və ayrı-ayrı “inkoqnito” (saxta profillərlə) şəxslər “hücuma” keçərək ünvanıma müxtəlif məzmunlu böhtanxarakterli məlumatlar yaymağa başladılar.
Bu çirkin “kampaniya” əvvəl Facebook sosial şəbəkəsinin müxtəlif qruplarından, sonra isə (həmin bəzi qruplar və saxta profillər aidiyyatı qurumlar tərəfindən bloklanandan və ya qruplardan həmin profillər uzaqlaşdırılandan sonra) imicləri şübhə doğuran bəzi saytlardan aparıldı. Etimal edilir ki, bu çirkin “kampaniya”nın mənbələrindən biri rəhbərlik etdiyim məktəbin yaxın ətrafında “gizlənir”.
Əksər saytlar, öz jurnalist nüfuzlarına, daşıdıqları adlarına hörmətlə yanaşaraq əsl peşəkar jurnalistə xas olan tərzdə onlara həmin “dəstə” tərəfindən ötürülən böhtanxarakterli məlumatları ya dərc etməkdən imtina etdi, və ya mənim fəaliyyətim haqqında dolğun məlumat toplayandan sonra dərc etdikləri materialı sildilər.
Lakin, onların sırasında elə saytlar da tapıldı ki, onlar nəinki silsiləvi uydurma, böhtanxarakterli məlumatlar yaymağa başladı, hətta bu məlumatlara “don” “geyindirərək”, guya “şikayət daxil oldu”, “araşdırma apardıq”, “təcili tibbi yardım, polis əməkdaşı məlumat verdi” və s. bu kimi fantaziya, təxəyülləri işə salaraq özlərinə “ciddi mətbuat” statusu qazandırmaq istədilər.
Sual: söhbət hansı saytdan gedir? Söhbət, özünə özü tarəfindən “peşəkar jurnalist” adı verən və onun tərəfindən faktiki idarə olunan, lakin bu rəhbərliyi və sahibliyi heç bir hüquqi sənəddə əks etdirməyə cürət tapmayan Aynur Camaldan və onun “əl-altdıqlarından” gedir (əlavə olunan fotogörüntüdən görünür ki, Vergi Nazirliyi tərəfindən həmin saytların məxsus olduğu MMC İlqar Ayvaz oğlu Əliyevə məxsusdur, yəni Aynur Camal hər-hansı kriminal hadisə baş verərsə, məhkəmə cavabdehliyi və ya hüquq-mühafizə orqanların araşdırması olarsa bu, çox böyük ehtimalla hansısa ucqar kəndinin, “rəhbərlik” etdiyi saytdan xəbəri belə olmayan İlqarı və əl-altındakı müxbiri “önə” verərək “qurban” verəcək, necə ki Rauf Sultanov adlı müxbirini həbsə qurban verdi və bədbəxt etdi).
Aynur Camalın rəhbərlik etdiyi saytlar artıq 4-5 aya yaxındır ki, böhtanxarakterli, uydurma bir məlumat yayıblar ki, guya mən 9-cu sinif şagirdini döymüşəm. Birincisi,həmin saytda göstərilən adda rəhbərlik etdiyim məktəbdə ümumiyyətlə şagird yoxdur. İkincisi, saytda adı səhf qeyd edilən,lakin bizim tərəfimizdən ehtimal olunan şagirdin valideyni ilə görüşərək, bu barədə həmin sayta şikayət edib-etməməsi barədə söhbət və araşdırma apararkən məlum olub ki, valideyn heç bir sayta müraciət etməyib. “Mən heç bir sayta müraciət etməmişəm”, “mən heç sayt bilmirəm nədir”, “mən hambal adamam, yazıb poza bilmirəm” deyə, valideyn bildirib. (bu barədə valideynin yazılı izahatı var). Bizim tərəfimizdən sual veriləndə ki, bəhs nə üçün Sizin övladınızın adını hallandırırlar, valideyn bildirdi ki, uşağın dayısının mobil telefonuna WhatsApp vasitəsilə sadəcə dərc olunan material sonradan göndərilib və həmin materialı göndərən xanım (həmin saytlarla əməkdaşlıq edən və bizə məlum olan xanım) onlardan xahiş edib ki, gəlin “direktoru şərləyək buradan çıxardaq”.
Yeri gəlmişkən qeyd edək ki, həmin məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektorunun əməkdaşları məktəbdə olmuş, araşdırma aparmış, şagirdin təhsil aldığı sinfin şagirdləri ilə və həmin şagirdlə və onun valideynlə ilə görüşmüş, nəticədə bu məlumat təsdiqini tapmamışdır.
Əlavə olaraq mənim tərəfimdəm AR Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Mətbuat Şurasına şikayət ərizələri və Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olundu.
Mətbuat Şurası məsələmə baxaraq olduqca konstruktiv və ziyalı mövgeyi nümayiş etdirdi. Çoxhörmətli Mətbuat Şurasının üzvləri,başda Əflatun Amaşov olmaqla bu xanımı- Aynur Camalı dəvət edib xəbərdarlıq etdilər. Həmin iclasda Mətbuat Şurasının üzvü,tanınmış jurnalist,”İki Sahil”qəzetinin Baş redaktoru Vüqar müəllim Rəhimzadə xüsusilə bizə dəstək verdi və bütün media orqanlarını, jurnalistləri təhsilə qarşı müsbət mövqedə olmalarını,müəllimlər,məktəb direktorları haqqında məlumatların olduqca ehtiyyatlı şəkildə cəmiyyətə təqdim olunmasını xahiş etdi.Bunun üçün əsl peşəkar,ciddi jurnalistikanın nümunəvi təmsilçisi,dövlətinə və Prezidentinə həmişə sədaqəti ilə seçilən Vüqar müəllimə bütün təhsil işçiləri adından təşəkkür edirik.
Mətbuat Şurasının iclasında bizə dəstək verənlərin arasında öz ziyalı və ciddi mövqeyi ilə müşahidə olunan Müşfiq Ələsgərli,Elçin Mirzəbəyli,Şəmsəddin Əliyev və digərləri oldular.
Birmənali olaraq qeyd edildi ki,AR Konstitusiyasının 63-cü maddəsinə əsasən hər bir vətəndaşın “Təqsirsizlik prezumpsiyası”hüququ var.Yəni “...təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa,şəxs təqsirsiz sayılır.”
Mətbuat Şurasının həmin iclasından sonra mən məlumatı yayan müxbirə zəng edib və Mətbuat Şurasının iclasından hansı nəticə çıxardıqları barədə maraqlandım və yaydıqları məlumatın həqiqətə uyğun olmadığına görə silinməsini və ya mənə təkzib etmə imkanının yaradılmasını xahiş etdim. Əlavə olaraq xüsusilə qeyd etdim ki, “rəhbəriniz Aynur Camala çatdırın ki, bu təklifimi barışıq təklifim kimi qiymətləndirə bilər və təklifim müsbət qarşılanarsa məsələni məhkəmə müstəvisinə çıxarmayacam. Əvəzində həmin xanim-”müxbir” saytın Baş redaktoru Anar Niftəliyevə istinad edərək bildirdi ki, heç bir məlumat silinməyəcək və təkzib verilməyəcək. Mən həmin insana Jurnalistin peşə etikası prinsipini xatırladarkən xanım-“müxbir” məni öz “dəstə üzvlərinin” əvvəllər mənim ünvanıma dəfələrlə səsləndirdikləri təhqiramiz “Vor-zakon” ifadəsi ilə təhqir etdi.
Həmin təhqirə görə bu xanım barədə hüquq-mühafizə orqanlarına müraciət etdim. Araşdırma aparan tədqiqatçı həmin danışığın səsyazmasını araşdırarkən bildirdi ki, həqiqətən bu xanım Sizi (məni) təhqir edib və məsələnin məhkəmə müstəvisində davam etdirilməsini tövsiyyə etdi. Digər tərəfdən tədqiqatçı bildirdi ki, bu insanlar sizin (yəni mənim) səsimin gizli yazılmasını qeyriqanuni ediblər, onlarda bu kimi səlahiyyət yoxdur və təklif etdi ki, bu qeyriqanuni gizli səsyazmaya görə mən əlavə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edim.
Yəgin ki, bu obyektiv araşdırmaların nəticəsindən “qəzəbli” görsənən həmin saytın rəhbərliyi 180 dərəcə əksinə çevrilmiş məlumatları “Nazirləri şantajlarına vasitə edən direktor: onu kim qoruyur?” adlı başlıqla növbəti uydurma məqalələrinə əl atırlar.
Məsələnin olduqca maraqlı tərəfi ondan ibarətdir ki, həmin müəllifi qeyd olunmayan məqalənin (məqalə müəllifinin bu dəfə adının gizlədilməsi haqlı olmalarına şübhə etməyə əsas verir) başlığında iki nazirin portretləri yerləşdirilir: DİN-n və Təhsil Nazirinin. Lakin səhərsi gün həmin başlıqdan Daxili İşlər Nazirin portreti götürülür. SUAL: Cənab Nazirin (yeri gəlmişkən qeyd edirəm ki, olduqca peşəkar Nazirin, öz işini bilən, ölkədə təhlükəsizliyin və stabilliyin bərqərar olunmasında xüsusi xidmətləri olan, Heydər Əliyev ideyalarına həmişə sədaqətli olan bir nazirimizin) portretinin başlıqdan tezliklə silinməsi və məqalənin adının dəyişdirilməsi sizin özünüzə və yazdığınız böhtanlara əminliyin olmamasından irəli gəlir, yoxsa saytın idarə olunmasında xaosun hökm sürməsi?
Digər tərəfdən, Siz qeyd edirsiniz ki, guya mən sizi şantaj edib məqalənin silinməsini tələb edirəm. Lakin unudursunuz ki, Facebook səhifəmdə, sizləri ifşa edən statusu yerləşdirən kimi Təhsil Nazirliyinə və müxtəlif instansiyalara bu statusun silinməsi barədə həyəcan siqnalı vurdunuz, xahişlər etdiniz. Nədən belə narahat oldunuz?.
Digər tərəfdən, məni şantajda ittiham edərkən, həmçinin, unudursunuz ki, sizin saytın bir əməkdaşı məktəb direktorlarını şantaj edib,təhdid edib pul tələb edərək 5000 manat götürdüyü zaman hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və həbs olunub. Həmin həbsdə olan “jurnalist”in Ağır Cinayətlərə dair Məhkəmədə cinayət prosesi gedir və məhkəmin qərarından təkcə bu jurnalistin deyil (əslində,əvvəl qeyd etdiyim kimi, bu jurnalist Aynur Camalın kriminal “tələsinə” düşüb) bütün sizin aqibətiniz asılıdır. Sizin saytın həbsdə olan bu əməkdaşı məhkəmə prosesində bildirmişdir ki, “mənə məktəb direktorlarını şantaj edib pul tələb etmək barədə bütün tapşırıqları Aynur Camal verib”. (tezadlar.az saytında bu barədə məlumat var).
Siz öz kriminal, reket “dəstənizə” heç bir işə yaramayan, tərbiyəsində, mədəniyyətində, mənəviyyətində problemləri olan, heç bir qurumun və özəl şirkətlərin onlarla əməkdaşlıq etmək istəməyən, aqibətləri, əqidələri, baxışları, vətənpərvərlikləri məlum olmayan “kəsləri” ətrafınıza yığıb (əslində, bu kimi saytlarla hansı normal, özünə hörmət bəsləyən insan əməkdaşlıq edər?) təhsili, müəllimləri, müəssisə rəhbərlərini, məktəb direktorlarını şantaj edərək asand qazanc vasitəni özünüzə ixtira edib və bəzi hallarda buna nail olaraq, 3 gündən bir Türkiyədə, İspaniyada, Kiprdə və digər ölkələrdə asudə vaxtlarınızı keçirir, restoranlarda əylənir və bu barədə heç bir vicdan əzabı keçirmədən sosial şəbəkələrdə paylaşırsınız. Sual: təhsil sistemində vicdanla çalışan müəllimlərin, məktəb direktorların nəinki ayda bir dəfə, ildə bir dəfə həmin ölkələrə istirahətə getməyə imkanı yaranmırsa, seçdiyimiz və sevdiyimiz peşəmizə vicdanla yanaşaraq, gecə-gündüz fədakarcasına, şənbəsiz, bazarsız dövlətimizə xidmət göstərə-göstərə nə üçün sizin kimi kriminal aləmin şantajlarına məruz qalmalıyıq?
Siz mənim təhsilimi şübhə altına qoyaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərirsiniz ki, “necə olur ki, Milli Aviasiya Akademiyasını” bitirən məktəb direktoru işləyir?”, “Ə.Kazımov adına 228 nömrəli məktəbdən çıxarılıb nə üçün digər məktəbə təyin olunur və s?”. Sonra həmin sorğunun cavabını alandan sonra tam başqa məzmunlu məqalə dərc edirsiniz,sanki həmin sorğu və həmin cavab olmayıb (sorğunun screenshotunu əlavə edirəm).
Həmin sorğuya mənim şəxsi CAVABIM: birincisi, mən Aviasiya Akademiyasını bitirməmişəm. Mən Milli Aviasiya Akademiyasında Dissertasiya işimi müdafiə edib hüquq üzrə fəlsəfə doktoru elmi adını almışam. İkincisi, MƏN FƏXR EDİRƏM Kİ, MİLLİ AVİASİYA AKADEMİYASINDA ELMİ İŞİMİ MÜDAFİƏ ETMİŞƏM VƏ MƏNİM ELMİ İŞİMƏ HƏMİN AKADEMİYANIN RƏHBƏRLİYİ MÜSBƏT RƏY VERİB, ONUN ÜÇÜN DƏ HƏMİN RƏHBƏRLİYƏ MİNNƏTDARAM. Digər tərəfdən, mənim dissertasiya işimə Avropa Məhkəməsində Azərbaycan Dövlətini təmsil edən hüquq elmləri doktoru, professor Lətif Hüseynov rəhbərlik edib, Milli Məclisin sədr müavini, hüquq elmləri doktoru, professor Ziyafət Əsgərov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,hüquq elmləri doktoru,professor Əmir Əliyev və digər tanınmış alimlər rəy veriblər, bunun üçün onlara minnətdaram. Üçüncüsü, Siz adı heç bir reytinq siyahıda olmayan və icarə olunmuş binada yerləşən hansısa özəl təhsil müəssisənin jurnalistikaya aid olmayan diplomunu və ixtisasını alaraq MMC saytında çalışıb, ictimai rəy “formalaşdıra” bilərsiniz, biz Azərbaycanın ən öndə gedən Akademiyanın elmi diplomu ilə məktəb rəhbəri ola bilmərik? Siz bununla nə demək istəyirsiniz?
Siz, mənim nə üçün 228 nömrəli məktəbdən 22 nömrəli məktəbə rotasiya olunmağımla maraqlanırsınızsa bilin: mən dövlətimin və rəhbərimin qərarını, əmrini müzakirə etmirəm, özümü bu dövlətin,Prezidentimin əsgəri hesab edirəm, məni bura məsləhət biliblər, burada da vicdanla, bütün potensialımla çalışacam, vəzifə borcumu bacardığım qədər yüksək yerinə yetirəcəm.
Əslində, Sizlərə və sizin kimi guya tanınmış “jurnalistlərə”, hansılar ki, heç öz facebook statusunda 20-30 “bəyən” toplaya bilməyənlərə zamanımı sərf etməyə və nəisə izah edib, açıqlama verməyə özümə rəva bilmirəm. Tam fərqli səviyyələrdir. Bu açıq-aydın görünür və bu məsələdə iştirakçı olanların hamısı (hətta sizin dəstədən belə) tərəfindən təsdiqlənir.
Mənə mediadan olan çoxsaylı dostlarım, fəaliyyətimi izləyən jurnalistlər zəng edirlər, yazırlar, bildirirlər ki, həmin “həddini aşan” saytdan bu məqalə israrla hamıya göndərilir və yayılmasını həmin sayt rəhbərliyi xahiş edir. Əslində sizlərin acizliyinizi həmkarlarınız görür:əgər haqlısınızsa nə üçün yayılmasını “yalvarırsınız”, istənilən media orqanı haqlı, təsdiqini tapan məlumatı özü görüb yayımlayacaq.
“Quql” ixtiranız da, hansını ki, öz “əl-altınızlara” yazdıraraq yaymağa çalışdınız, olduqca qeyripeşəkar olduğunuzu və sizin dünyagörüşünüzün tələb olunan səviyyədə olmamasını bir daha təsdiqlədi. Mənim rəhbərlik etdiyim məktəbin və Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin rəsmi web-səhifələri var. “Savadsız” adlandırdığınız mənim-direktorun sizin yaşınız qədər İKT təcrübəsi var. Mənim Facebook sosial şəbəkədə səhifəm açılanda sizin sayt ümumiyyətlə heç ideya kimi də formalaşmamışdır.(saytın yaranma tarixinə və mənim facebook səhifəmə nəzər yetirə bilərsiniz). Sizin məntiqlə belə çıxır ki, “quql” həmin əxlaqdan kənar reklamlarını bizim və digər məktəblərin də səhifəsində yerləşdirə bilər?
Yəgin ki, siz növbəti dəfə bilərəkdən unudursunuz ki, həmin “quql” bu əxlaqdan kənar reklama görə, pornoxarakterli məlumatların yayılmasına görə (bu terminə görə üzr istəyirəm-məcburam) sizin sayta maddi ödəmələr edir. Bax budur sizin peşəkar “jurnalistikanız”, əsl “simanız”: maddı nəfisə görə, əxlaqı, mənəvi dəyərləri, həmin sayta ailələrin baxa bilməsini,yeniyetmələrin,qadınların təsadüfən baxmasını heç vicdanıza belə xələl gətirmədən və nəzərə almadan-sizi bu narahat etmir. Deməli,belə nəticəyə gəlmək olar ki, sizin saytın daimi izləyicilərini və orada çalışan kontingenti bu məsələ narahat etmir.
Odur ki, mənə qarşı heç bir şantajınız, uydurma, böhtanxarakterli yazılarınız, ora-bura müraciət edib, öz səviyyənizə uyğun insanlardan dede-qodu,məişət,küçə səviyyəli məlumatların toplanması- bunlar hamısı bizləri işimizdən döndərməyəcək.
Mən həmişə Dövlətimə, Prezidentimə, Heydər Əliyev İdeyalarına sadiq olmuşam və olacağam. İstənilən ilin tərcümeyi-halını araşdırın, hətta Heydər Əliyevə qarşı qiyamlar, hücumlar baş verəndə, Aynur Camallar və onun kimilər Heydər Əliyevin ölüm xəbərinə muştuluq söz verəndə, mən Rusiyada, sonra Azərbaycanda Ulu Öndərimizə, bu BÖYÜK ŞƏXSİYYƏTƏ həmişə sədaqətli olmuşam. Hal-hazırda da Cənab Prezidentimiz İlham Əliyevin komandasında çalışmağımdan Qürur duyuram, Fəxr edirəm. Mən əziz Prezidentimizi dünyanın ən uğurlu,ən öndə gedən,ən nümunəvi Prezident hesab edirəm. Kim bunu anlamırsa, Yaxın Şərqə baxsın, Ukraynaya baxsın. Azərbaycan iqtisadiyyatı artıq Türkiyə kimi dövlətə investisiya qoyur (14 milyard dollar), İsveçrədə, Balkanlarda, MDB-də yatırımlar edir. Beynəlxalq layihələrə imza atır. Bütün bunlar Prezidentimizin çox düşünülmüş, strateji bir siyasətin nəticəsidir.
Təəsüf edirəm ki, hər əsən siyasi “küləyə” uyğun dəfələrlə əqidəsini, siyasi baxışlarını, mövqeyini dəyişənin birisi, bu günləri guya iqtidaryönümlü media orqanı “şirması” altında gizlənərək əslində Dövlətimizin, Prezidentimizin təhsil strategiyasına, təhsil islahatlarına, kadr təyinatlarına ləkə yaxmaqla, şantaj etməklə, ictimaiyyətin gözündə ziyalılara, təhsil işçilərinə kölgə salmaqla və, beləliklə, dövlətçiliyimizin əsas sütunlarından olan təhsili “vurmaqla” hələ də öz çirkin niyyətlərinin davam etdirilməsində sərbəstdirlər. Əminəm ki, yaxınlarda bu kimi kriminalyönümlü “jurnalistika” haqqında aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları, məhkəmə orqanları, Ağır Cinayətlərə dair Məhkləmə orqanı, Milli Məclis, vergi orqanları, Mətbuat Şurası, Prezident Administrasiyasının aidiyyatı şəxsləri ciddi ölçülər götürüləcək.
Burada Rusiya Prezidenti Vladimir Putinin bir jurnalistin sualına cavabı yadıma düşdü: “Нам нужно думать о себе, заниматься экономикой и сельским хозяйством, здравоохранением, обороноспособностью … Собака лает, а караван идет», - заявил Путин.”
Odur ki, biz məktəbimiz, təhsilimiz, tədrisin keyfiyyəti haqqında düşünməlik. Bir sözlə, zamanımızı əsas peşə vəzifəmizə yönəltməliyik.
Təşəkkür edirəm.
Ardı olacaq...
P.S. !!!! DİQQƏT!!!! Aynur Camalın əsl simasını üzə çıxaran, HEYDƏR ƏLİYEV haqqında təhqiramiz ifadələri burada oxuyun!
http://www.ps-nota.com/aynur-camalqizi-b%C9%99lk%C9%99-bir…/
http://www.tezadlar.az/…/35577-aynur-sultan-aynur-camalqz-z…
Öz saytına müsahibəsi: sima və əqidə dəyişilib artıq: http://axar.az/news/gundem/107475.html
“Sizi tənqid edirlər ki, siyasi mövqeyini dəyişib, əvvəl yazdıqlarının əksini yazır. Bir şey mənim üçün maraqlıdır. Bu ölkədə çox adam mövqeyini dəyişib, hamısını da bircə-bircə tanıyırıq. Amma sanki siz daha çox nəzərə çarpırsınız. Bu nə ilə bağlı ola bilər? Niyə siz daim hədəfə tuş gəlirsiniz?
– Açığı, bunun səbəbləri mənə də aydın deyil. Görünür, burada da səmimiyyətlə qeyri-səmimiliyin üzə-üzə olduğu bir məqam var. Mən seçimimdə səmimiyəm, dəyərlərimə sadiqəm, Dövlətimin və Prezidentimin əsgəriyəm, bəziləri kimi qeyri-səmimilik göstərmirəm, üzdə hansısa bir söz deyib, arxada kimlərəsə ismarıc göndərmirəm. Ola bilsin, bu səmimilik bəzi riyakarları qıcıqlandırır və "ortaq mövqe" tutmaqla hər yerdə tənqiddən yayınmağı bacaran "ustalar" qeyri-səmimiliklərini mənə hücumlarla ört-basdır etməyə çalışırlar. Olsun, mən bu qeyri-səmimi hücumlardan narahat deyiləm.
Əksinə, bu hücumları gördükcə gənclik illərimdə nə qədər saxta, yalançı insanlarla bir sırada olduğumu bir daha görürəm: demə, yalanlara inanmışammış və bunu sonralar anladım. Anlayan kimi də yönümü çevirib getdim...”



Fikrini bildir