SON XƏBƏRLƏR
ABŞ vətəndaşı azyaşlı Ceylanın Azərbaycan məhkəmələrində pozulan hüquqları

Yazının dərc olunma Tarixi: 12/6/2018

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsi müdirinin qardaşından Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə şikayət edildi
ABŞ vətəndaşı azyaşlı Ceylanın Azərbaycan məhkəmələrində pozulan hüquqları
Qırğızıstan vətəndaşı, Dubay Əmirliyinin rezidenti, Merim Beishekeyeva (Beyşekeyeva) və onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə Pravdainfo.org/-a ünvanladığı şikayət məktubunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

Diqqətinizə çatdırmaq istəyirəm ki, söhbət azyaşlı - Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının Konstitusiya Məhkəməsi tərəfindən kobud surətdə pozulmasından gedir. Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icraya yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadının elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə icra vərəqəsini verilməsinə, həmin icra vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, hal-hazırkı vaxta qədər Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri, Cəmilə Bağırovanın, onların havadarları tərəfindən qəsdən maneçilik törədilməklə icra olunmamışdır. Həmin icra vərəqəsində Davud Bağırov tərəfindən 2 noyabr 2012-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki xəstəxanada anadan olan Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair əvvəlcə 16 noyabr 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012-ci il tarixdə P USA seriyalı 488048595 nömrəli pasportunun sahibi azyaşlı Ceylanın anası hüquqlarını müdafiə etdiyim Merim Beishekeyevaya qaytarılması aliment və s. ödənişlərin tutulması ehtiva etmişdir.

Davud Bağırovun nümayəndə və vəkili olmuş Azər Quliyev və Davudun bacısı Ailə, Qadın və Uşaq Problemlər Komitəsinin şöbə müdiri Cəmilə Bağırova 2017-ci ilin dekabr ayının əvvəllərindən hal-hazırkı vaxta qədər Səbail Rayon İcra və Probasiya şöbəsinin rəhbərliyini və əməkdaşlarını inandırmışdılar ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadına qarşı Konstitusiya Məhkəməsinə Davud Bağırov tərəfindən şikayətini vermiş olduğuna görə Konstitusiya Məhkəməsi tərəfindən guya icraata götürülmüş olmalıydı. Onların dediyinə görə, Konstitusiya Məhkəsmənin rəhbərliyi və digər tanışları onlara vəd vermişdilər ki, nəyin bahasına olsursa-olsun, Davud Bağırov tərəfindən verilmiş konstitusiya şikayəti icraata götürüləcəkdir. Bu səbəblərə görə də icra məmurları uzun müddət icra vərəqəsində göstərilənlərin icra edilməsindən əsassız olaraq yayınmışdılar. Hətta 2018-ci ilin fevral ayında icra məmurları onlardan Konstitusiya Məhkəmənin şikayəti icraata götürülmüş olması barədə qərardadı tələb etdikdə onlar bildirmişdilər ki, guya yaxın vaxtlarda veriləcəkdir. İcra məmurlarının 2018-ci ilin mart ayında verdikləri suallarına isə cavab verilmişdi ki, oxşar iddia üzrə Azərbaycan ərazisində Davud Bağırov tərəfindən 2016-cı ilin yazında Səbail Rayon Məhkəməsi vasitəsilə almış olduğu qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi ilə əlaqədar çıxan Qərardaddan Ali Məhkəməyə kassasiya şikayətini vermiş olduğundan Konstitusiya Məhkəməsi tərəfindən onlara bildirilmişdi ki, əgər Ali Məhkəmə apellyasiya instansiyasının Qərardadını ləğv etmiş olsa idi, belə halda, Konstitusiya Məhkəməsi Davud Bağırovun şikayətini icrata götürmüş ola bilərdi.

Məlumat üçün bir daha bildirirəm ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə Davud Bağırovun Merim Beishekeyevaya qarşı “nikahın pozulmasına, uşağın atanın yanında qalmış olması” iddasına görə Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun bir günün içində - yəni 28 aprel 2016-cı-cı il tarixində çıxarmış olduğu qətnamənin Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər: Etibar Nəbiyev və Azad İmanov tərkibdə) iş №2(103)-9285/2017 saylı 21 noyabr 2017-ci il tarixli Qərardadına əsasən ləğv edildiyindən həmin Qərardaddan vermiş olduğu kassasiya şikayətinə görə, 5 aprel 2018 il tarixdə baxılıb rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Qərardadını qüvvədə saxlamışdır. Abdulla Əfəndizadə 27 aprel 2018-ci il tarixdə Konstitusiya Məhkəməsinə ərizə yazaraq ona qoşmada Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun sədrliyi ilə iş №2(102)-2350/2018 saylı 5 aprel 2018-ci il tarixli Qərarını təqdim etmişdir. Necə ki, yuxarıda qeyd edildiyi kimi, qarşı tərəf məhz həmin Qərarın çıxmasını gözləmiş olduğunu icra məmurlarına bildirmişdilər.

Həmçinin o da diqqətə çatdırılır ki, azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşına dair doğum haqqında şəhadətnamə və pasport sahibi olduğuna baxmayaraq, Davud Bağırovun və onun bacısı Bağırova Cəmilənin saxtakarlıqları nəticəsində, Azərbaycanda Səbail rayon qeydiyyat şöbəsində saxta doğum şəhadətnaməsi almış olduqlarından sonradan bu haldan xəbər tutan Merim Beishekeyeva tərəfindən cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə və 3-cü şəxslər Bağrovlar: Davuda və Cəmiləyə qarşı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair 2017-ci ilin mart ayında iddia verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən iddia əsassız olaraq təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində 29 avqust 2017-ci il tarixli məhkəmə iclasında iştirak edən Davud Bağırovun özü etiraf etmişdir ki, o özü 2012-ci ilin dekabr ayında Azərbaycan ərazisinə gəlməmişdir, həmçinin cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə də heç bir ərizə və sənədlər göndərməmişdir.

Sadəcə, Merim Beishekeyeva tərəfindən Nyu-Yorkdan Bağırov Davudun e-mail poçtuna azyaşlı Ceylaya Nyu-Yorkda verilən doğum haqqında şəhadətnamənin kserosurətini göndərdiyindən, Davud Bağırovun həmin sənədin fotosurətini mobil telefonuna çəkib bacısı Bağırova Cəmilənin mobil telefonuna göndərmişdi. Bacısı Cəmilə Bağırova da qeydiyyat şöbəsinə həmin fotosurəti təqdim etmişdir. Yəni Səbail rayon qeydiyyat şöbəsinin rəisi İradə İsgəndərova (Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin həyat yoldaşı) saxtakarlıq etmişdir. Necə olur Davud Bağırovun özü həmin ərəfədə Azərbaycanda olmayıb, Azərbaycana heç bir sənəd göndərmir, sadəcə, bacısı Cəmiləyə göndərmiş olduğu fotosurətə baxmış Səbail rayon qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni hazırlayıb. Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə əsassız olaraq apellyasiya şikayətimiz təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilən kassasiya şikayəti tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. 17 may 2018-ci il tarixində keçmiş ilk məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndəsi və vəkili olmuş Quliyev Azər tərəfindən müxtəlif bəhanələr ilə əsassız olaraq məhkəmə iclasını təxirə saldırmışdır. Həmin iclasda o, guya rəsmi şəkildə Ali Məhkəmə tərəfindən 14 fevral 2018-ci il tarixdə çıxan Qərarın surətini almadığını bildirmiş olsa da, onu da bildirmişdi ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadına qarşı Konstitusiya Məhkəməsinə vermiş olduğu şikayətin yaxın günlərdə icraata götürmüş olması mümkünlüyü olacaqdı. Apellyasiya instansiyası da heç bir əsas olmadan 31 may 2018-ci il tarixinə təxirə salmışdı. Yeri gəlmişkən, həmin iş üzrə cavabdeh Səbail rayon qeydiyyat şöbəsinin, eyni zamanda Bakı Nikah Evinin rəisi olmuş İsgəndərova İradə Konstitusiya Məhkəməsinin sədri olmuş Fərhad Abdullayevin həyat yoldaşıdır. Bəlkə elə bu səbəblərə görə Konstitusiya Məhkəməsi altı aydan artıq keçmiş müddətdə iş üzrə yekun qərarı ya icraata götürülməsi və ya götürülməməsi barədə Qərardadı çıxarmamışdır. Hər bir vəchlə çalışmışdı ki, əsassız olaraq vaxtı uzatmış olub, sonda Bağırov Davudun xeyrinə qərarı çıxarmış olaydı. Çünki Bağırova Cəmilənin icraçılara demiş olduğundan məlum olur ki, Bağırov Davud tərəfindən Konstitusiya şikayətinin 2017-ci il noyabr ayının 13-də vermiş olub. Konstitusiya Məhkəməsi tərəfindən verilmiş sorğulara görə, Ali Məhkəmə tərəfindən göndərilmiş iş materialları 18 dekabr 2017-ci il tarixindən Konstitusiya Məhkəməsinə çatdırılmışdır. Fikir verin, Konstitusiya Məhkəməsi Ali Məhkəmə tərəfindən 5 oktyabr 2017-ci il tarixdə çıxan tanınma Qərardadını qanuni olduğundan ləğv etməyə risk etmir. Konustitusiya Məhkəməsi Ali Məhkəmənin həmin Qərardadını ləğv etdirmək üçün Bağırov Davuda “imkan yaratmışdı” ki, Azərbaycanda gizli şəkildə 2016-cı ildə oxşar predmet üzrə bir günün içində Səbail Rayon Məhkəməsindən almış olduğu qətnaməni hansı ki, Bakı Apellyasiya Məhkəməsinin tərəfindən ləğv edilmişdi. Ali Məhkəmədə onu ləğv etdirmiş olaydı. Lakin yuxarıda qeyd edildiyi kimi, Bağrov Davudun bu “oyunu” da 5 aprel 2018-ci il tarixdə alınmadığından, indi çarəsiz qalıb müxtəlif yollar axtarırlar.

Bağırov Davudun xeyrinə hərəkət etməyə çalışmış şəxslərin vicdanları necə götürə bilər ki, bir gənc ananı öz uşağına qovuşdurmağa mane olaydılar. Onlar fikirləşmirlər ki, başqasına pislik etməyə çalışdıqları halda həmin pisliklər özlərinin başlarına gələr...

Sizə müraciət etməkdə məqsədimiz odur ki, Bağırov Davudun adamları, o cümlədən bacısı Bağırova Cəmilə və onlara havadarlıq etmiş şəxslərin vasitəsilə çalışmışdılar ki, Bağırov Davud tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadına qarşı Konstitusiya Məhkəməsinə vermiş olduğu şikayətin nəyin bahasına olursa-olsun əsassız olaraq təmin etdirmiş olaydılar. Onlar ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin (bizdə həmin hörmətli şəxslərin adları var, sadəcə, indi qeyd etmirik), həmçinin Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynovanın, Konstitusiya Məhkəmənin sədri Fərhad Abdullayevin həyat yoldaşı, Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovanın adlarından istifadə edirlər. 29 may 2018-ci il tarixdə A.Əfəndizdə axşam saatlarında Konstitusiya Məhkəməsindən öyrəndikdə məlum oldu ki, Bağırov Davudun konstitusiya şikayətinə görə, heç bir icraata götürülməməsinə və ya götürülmüş olması barədə heç bir qərar çıxmayıb. A.Əfəndizadə daha sonra həmin teleqramda qeyd edib ki, ola bilsin ki, bu teleqramını alan kimi Konustitusiya Məhkəməsi qəsdən arxa tarixi ilə guya ki, icraata götürülmüş olması barədə qərardadı çıxarsın və elə də olub.

31 may 2018-ci il tarixində saat 16:30-da Bakı Apellyasiya Məhkəməsininin İnzibati İqtisad Kollegiyasının hakimi Həmid Həmidovun sədrliyi ilə keçirilən “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair iddia predmeti üzrə məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndəsi və vəkili olmuş Quliyev Azər tərəfindən məhkəməyə Konstitusiya Məhkəməsinin 24 may 2018-ci il tarixi ilə çıxarılmış qərardadın kserosurətini təqdim edilmişdir. Həmin qərardada görə, Bağırov Davudun konstitusiya şikayətini icraata götürmüşdülər. A.Əfəndizadə Quliyev Azərə sual verərək soruşur ki, Konstitusiya Məhkəməsi nədən Merim Beishekeyevaya (Beyşekeyevaya) bu barədə nə qərardadı, nə bildirişi, nə də verilmiş şikayətin surətini göndərmir, lakin Bağırov Davudun nümayəndə və vəkili kimi ona təqdim edir. Quliyev Azərin cavabı bu olmuşdur ki, guya o, 31 may 2018-ci il tarixində “Bakinski raboçi” qəzetində Konstitusiya Məhkəməsinin bu barədə elanını oxuyub, saat 15:00-da Konstitusiya Məhkəməsinə gedərək həmin qərardadı alıb. A.Əfəndizadə isə araşdırma apararkən məlum olub ki, nə “Resbulika”, nə “Xalq”, nə də “Bakinski raboçi” qəzetlərində Konstitusiya Məhkəməsinin bu iş üzrə qərardadı haqqında məlumatlar çap edilməyib. Bu bir daha onu sübut edir ki, A.Əfəndizadə teleqramda qeyd etdiyi kimi, məhz teleqramı göndərəndən sonra arxa tarixlə -yəni 24 may 2018-ci il tarixi ilə icraata götürülmə barədə qərardad çıxarmışdılar. A.Əfəndizadənin dəfələrlə Konstitusiya Məhkəməsinə getməsi və zəng vurmasına, rəsmi şəkildə ərizə və teleqramlar göndərməsinə baxmayaraq, Bağırov Davud tərəfindən verilmiş konstitusiya şikayətinin surətini, nəhayət, 11 iyun 2018-ci il tarixində axşam saatlarında təqdim etmişlər. Lakin iş materialları ilə tanış olmağına icazə verməmişlər. A.Əfəndizadəyə məlum olmuşdur ki, Konstitusiya Məhkəməsinin iclası 20 iyun 2018-ci il tarixinə saat 15:00-a təyin edilmişdir. Burada da Konstitusiya Məhkəməsinin məqsədi tələm-tələsik Bağırov Davudun xeyrinə qərar çıxarmaqdır. Çünki məlum olduğu kimi, 14 iyun 2018-ci il tarixindən, 20 iyun 2018-ci il tarixinə kimi bayram günləridir.

A.Əfəndizadə Bağırov Davudun konstitusiya şikayəti ilə tanış olub, ümumiyyətlə, həmin şikayətin icraata götürülməsinə əsas olmadığını bildirir. Belə ki, Bağırov Davud orada faktiki hallardan söhbət edir. Bağırov Davud həmin şikayətində qeyd edir ki, Səbail Rayon Məhkəməsində bir günün içində çıxartdırmış olduğu qətnaməsi guya qanuni qüvvəsini aldığından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli Qərardadına lüzum yox idi. Halbuki Səbail Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti apellyasiya instansiyası tərəfindən mümkünsüz sayılmış olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən hakim Vəfaddin İbayev) 30 iyun 2017-ci il tarixli Qərarına əsasən ləğv edilmiş, apellyasiya baxışına göndərilmişdir. Yəni Səbail Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir, qanuni qüvvədən düşmüşdür. Konstitusiya şikayətində Bağırov Davud yenə əndazəni aşaraq Merim Beishekeyevanı (Beyşekeyevanı) guya əxlaqsızlıq etdiyi zaman polislə tutmuşdur. Halbuki A.Əfəndizadə qeyd edib ki, D.Bağırov qızı M.Beyşekeyevadan almaq üçün ona təzyiqlər etməyə başlayıb, gözdən salmağa çalışıb, əxlaqsız obrazını yaratmaq istəyib ki, məhkəmə uşağı anasına verməsin: "Davud ifadəsində qeyd edir ki, guya, Merimin Dubayda hotellərin birində əcnəbi bir kişi ilə birgə olduğu müəyyən edilib. Əcnəbi kişi ilə münasibətlərini təsdiq edən səs yazısı və polis tərəfindən həmin məsələnin araşdırılmasını təsdiq edən sənəd də var.
Davud qəsdən demir ki, o, Merimin yanına qonşu adı ilə öz yaxın "tanış qadını olmuş” Zarina Jeksenbayeva adlı yüngül əxlaqlı qadını göndərib ki, Merimi yoldan çıxarsın, əxlaqsızlığa cəlb eləsin. Bu baş tutmayanda başqa vasitələrə əl atılır. Merim 1 oktyabr 2015-ci il tarixdə, saat 16:00-dan sonra hotelə bir biznesmenlə iş ilə bağlı söhbətə gedir. Zarina dərhal gizlicə Davuda, o da polisə zəng vuraraq Merimi güdüblər. Lakin Merim vaxtilə bir bankda işlədiyi həmin biznesmenin hoteldə otağında yox, foyedə görüşərək ondan bank işinə düzəlməkdə köməklik göstərməsini xahiş edib. A.Əfəndizadə əlavə edib ki, Davudun israrlı tələblərindən sonra Dubay polisi həmin hotelin biznesmenin qaldığı otağın yanındakı foyeyə girdikdə böyük bir masanın bir tərəfində Merim, digər tərəfindəsə həmin biznesmenin oturduğunu, söhbət etdiklərini görüb. Lakin Davudun israrlı tələblərindən sonra həmin yerə müxtəlif ixtisaslar üzrə bir neçə ekspertlər dəvət olunublar. Lakin onlar da elə ilk araşdırmada həmin biznesmenlə Merim arasında heç bir yaxınlığın olmadığını müəyyən ediblər.

Lakin Davud növbəti ittihamlarla çıxış edərək Merimin müxtəlif kişilərlə münasibətlərinin olduğunu, yüngül həyat tərzi keçirdiyini, içki aludəçisi, narkoman olmasını, dəri zöhrəvi xəstəliyi olduğunu və digər sözlə deyiləsi olmayan böhtanlar atır, bu səbəblərdən 1 oktyabr 2015-ci il tarixində, saat 19:00-dan sonra Merim Beyşekeyeva polis idarəsinə aparılaraq izahatı alınır, ona 5 ekspertiza: 1) ginekoloji; 2) proktoloji; 3) dəri-zöhrəvi; 4) narkomaniya; 5) alkoqolizm təyin olunur. Həmin beş ekspertizalardan rəy gələnə qədər Merim Beyşekeyevanı ayrı bir otaqda saxlayırlar: "1 oktyabr 2015-ci il, həftənin cümə axşamı olur, BƏƏ-də cümə və şənbə günləri iş günü deyil. Bu fürsətdən istifadə edən "əsərin qəhrəmanı” Davud Bağırov anasına və bacısına (komitənin işçisi – red.) dərhal məlumat verir. Anası ilə bacısı da dərhal 2 oktyabr 2015-ci il tarixdə gecə reysi ilə Bakıdan Dubaya uçurlar. Onlar dərhal Jeksenbayeva Zarina vasitəsilə azyaşlı Bağırova Ceylanı ələ keçirirlər. 2 oktyabr 2015-ci il tarixdə axşam vaxtı isə həmin beş ekspertizaların hamısından müsbət rəy alınır. Hətta ginekoloji ekspertizadan bildirilir ki, Merimin ən azı bir ilə yaxın müddətdə heç bir intim münasibəti olmayıb. 2-3 oktyabr 2015-ci il tarixləri iş günləri olmadığından Merim polis idarəsində onun üçün ayrılmış hər bir şəraiti olan xüsusi otaqda qalır. Xoşbəxtlikdən 3 oktyabr tarixdə, səhər saat 08:00 radələrində prokuror idarəyə gəlib iş materialları və ekspertizaların rəyləri ilə tanış olub. Merim Beyşekeyevanı da 15 dəqiqə ərzində dinləyib, saat 08:30 üçün azad edilməsiylə əlaqədar göstəriş verir”.

A.Əfəndizadə sonrakı prosesi belə nəql edir: "Bundan xəbər tutan Davudun anası Ramidə, bacısı Cəmilə çıxış yolunu Dubaydan qaçmaqda görürlər.
Buna görə onlar Azərbaycan Respublikasının Dubay Əmirliyindəki Baş Konsulu – çox yaxın qohumları olan Pərvizin yanına gəlirlər ki, viza alsınlar. Azyaşlı Bağırova Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan baş konsul onun Azərbaycana daxil olması üçün vizanın vacib olduğunu, mütləq anasının razılığı alınmasını tələb edir. Belə halda, onlar Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında viza rejimi olmadığından istifadə edərək, tələsik 3 oktyabr 2015-ci il tarixində, saat 12:16 reysi ilə İstanbula uçurlar. Cəmilə İstanbuldan 5 oktyabr 2015-ci il tarixində gecə reysi ilə, Davud, anası və azyaşlı Ceyla isə 7 oktyabr 2015-ci il tarixində saxta sənədlər düzəltdirdikdən sonra Bakıya gəlirlər. 1 may 2018-ci il tarixdə verdiyim sorğuda DSX tərəfindən verilən 19 may 2018 il tarixli cavab məktubuna diqqət yetirdikdə onların giriş-çıxışları aydın görünür. Yeri gəlmişkən, 13 mart 2017-ci tarixində Davud Bağırov A.Əfəndizadəni “Billur” restoranına dəvət edir. Ondan məqalələrin mətbuatda dərc edilməməsi üçün xahiş edirlər və söz verirlər ki, 15 martda işə mahiyyəti üzrə baxılacaq. Ancaq yuxarıda qeyd edildiyi kimi, Səbail Rayon Məhkəməsinin 28 aprel 2016-ci il tarixili qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünsüz sayılması barədə vəsatət verirlər. 20 iyunda Konstitusiya Məhkəməsində keçiriləcək məhkəmə iclasında Amerika Birləşmiş Ştatlarının səfirliyinin əməkdaşları da iştirak edəcəklər.

Hörmətli Mehriban xanım!

Bağırov Davud Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən 12 mart 2018-ci il tarixindən axtarışa verilib. Bütün bunlar Hicran Hüseynovanın 2018-ci ildə komitəyə yenidən sədr seçilməsindən sonra geniş vüsət aldı. Sizdən xahiş edirəm ki, bu işin ciddi nəzarətə götürülməsini, Merim Beishekeyevanın (Beyşekeyevanın) öz altı yaşlı qızı Ceylaya qovuşması üçün köməklik edəsiniz".

M.KƏRİMLİ

Redaksiyadan: Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.



Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31