SON XƏBƏRLƏR
ZOOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI AYAĞA QALXDI-YENİLƏNİR

Yazının dərc olunma Tarixi: 13/7/2018

ZOOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI AYAĞA QALXDI-YENİLƏNİR
AMEA-nın müxbir üzvü İlham Ələkbərov: «2006-cı ildə Ekologiya Nazirliyindən biabırçı halda qovulan fizik Elman Yusifov Zoologiya İnstitutuna necə direktor təyin edilə bilərdi???»
YAP-ın institutda qurucusu İlyas Babayev: «Elman Yusifov məni ölümlə hədələdi, məhv edəcəyini dedi…»
Bu dəqiqələrdə İctimai Nəzarət Koalisiyasının akt zalında AMEA-nın 40-dan çox əməkdaşının iştirakı ilə direktor Zoologiya İnstitutunun direktoru Elman Yusifovun elmi əməkdaşlarla qeyri-insani davranışı, institutu «ailə podratı» ilə idarə etməsi və s. problemlərlə bağlı geniş müzakirələr aparılır, çıxış yolları axtarılır…
Müzakirələrin iclasını açıq elan edən İNK-nin sədri Rasim Məmmədov sözü birbaşa şikayətçi alimlərə verdi. Keçmiş direktor, AMEA-nın müxbir üzvü İlham Ələkbərov çıxış edərək ətraflı məlumat verdi, direktorun institutu hansı üsul-idarə ilə məhvə apardığından, institutdakı korrupsiya faktlarından və s. danışdı. «…Mən 2016-cı ilin aprelinədək institutun direktoru idim. Burada iştirak edənlər, çoxsaylı əməkdaşlar isə yer məhdudiyyətinə görə bura gələ bilmədilər, deyə bilər ki, mən kollektivlə necə işləmişəm, institutut hansı uğurlara imza atıb. 2016-nın aprelində isə mənə AMEA-nın prezidenti Akif Əlizadənin adından dedilər ki, ərizə yazıb işdən gedin… Dəhşətə gəldim. Mən AMEA-nın müxbir üzvü, elmlər doktoru, həyatımı zoologiya elminə həsr etmiş alim, necə ola bilər ki, mənim yerimə təyinat edilir, mənə demirlər… Bir sözlə, məndən heç nə soruşmadılar. Vaxtilə Ekologiya Nazirliyindən işdən qovulmuş, sonralar başqa yerlərdə də duruş gətirə bilməmiş Elman Yusifovu yerimə təyin etdilər. Rəhbərlik belə məsləhət bilibsə, olsun. Həm də düşündüm ki, yəqin yeni direktor daha savadlıdır, dünya səviyyəli alimdir, qoy işləsin. Bir gün məlum oldu ki, o, bütün tanış-bilişlərini, qohumlarını, xanım dostlarını… institutda işlə təmin etməyi qarşısına məqsəd qoyub… Dözdük… Sonra gördük ki, TV-lərdən birinə müsahibə verib deyir ki, «Biz çox araşdırma apardıq, axtardıq, kaftarı (heyvan adıdır.RED.) Azərbaycan ərazisində tapa bilmədik. Amma indi kosmosdan baxıb onu axtarırıq, tapacağıq mütləq…». Bu çıxışı görəndən sonra dedik, həə, artıq biz deyən deyil, vəziyyət xarabdır. Bu adam elmi araşdırmaya, institutu daha yeni elmi əsaslarla irəliyə aparmağa yox, başqa işlərə gəlib… O, fizika-riyaziyyat elmləri namizədidir. Zoologiyadan xəbəri olmayanı Zoologiya İnstitutuna necə direktor qoymaq olar??? İşi-gücü «piknik»lə tamamlanır, Qubaya ekspedisiya adı altında xaş yeməyə dəvət edir əməkdaşları. Təbii ki, pul silməkdir məqsəd…».
Sonra institutun laboratoriya müdiri İlyas Babayev və digərləri çıxış edərək vəziyyətin dözülməz olduğunu bildirdilər, sonda Prezident İlham Əliyevə, AMEA-nın prezidenti Akif Əlizadəyə ünvanlı müraciət qəbul etdilər.
Daha ətraflı yazı və video-çıxışlar az sonra təqdim ediləcək.
(tezadlar.az)
ZOOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI AYAĞA QALXDI-YENİLƏNİR



Fikrini bildir