SON XƏBƏRLƏR
Kəmaləddin Heydərovun oğlunun şirkəti niyə bağlandı?

Yazının dərc olunma Tarixi: 6/8/2018

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.
Kəmaləddin Heydərovun oğlunun şirkəti niyə bağlandı?
Virtualaz.org bildirir ki, bu barədə BBC News Azərbaycanca məlumat yayıb.

2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlandığı Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə də göstərilib.

Sənədlərə əsasən, The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərarı Tale Heydərov bu il, iyul ayının 6-da verib.

TEAS-ın keçmiş direktoru, bu ilin iyuluna qədər ona rəhbərlik etmiş Lionel Zetter BBC News Azərbaycanca-ya bu məlumatla bağlı şərh verməkdən imtina edib.

TEAS "Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik" etmək məqsədi ilə yaradılmışdı.

Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərirdi.



Fikrini bildir