SON XƏBƏRLƏR
Nuru Paşanın büstünün açılışı oldu

Yazının dərc olunma Tarixi: 15/9/2018

Nuru Paşanın büstünün açılışı oldu
Dəyərli ziyalımız Rüfət Muradlı möhtəşəm tədbir barədə FB səhifəsində bunları paylaşıb:
Nuru Paşamızın büstünü açdıq
...Sentyabrın 15-də Bakının daşnak- bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü günündə Azərbaycanda ilk dəfə olaraq "Borçalı" Cəmiyyətinin ofisində Bakı fatehi Nuru Paşa Killigilin büstü açılmışdır. Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsindən sonra mərasimin giriş nitqi ilə "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək bu addımın Azərbaycan türklərinin Nuru Paşa öndərliyində Qafqaz İslam Ordusu əsgərlərinə vəfa borcunun bir nişanəsi olmasını vurğulamışdır. Görkəmli ziyalılar və Diaspora ilə iş üzrə Dövlət Komitəsi təmsilçisinin iştirakı ilə alqışlarla Nuru Paşanın büstünün açılış mərasimindən sonra tanınmış alimlər, tarix elmləri doktorları Firdovsiyyə Əhmədova, Nəsiman Yaqublu, Mahal Qacar, istiqlalçı millət vəkili, professor Hacıbaba Əzimov, professor Telman Əliyev , sabiq millət vəkili Arzu Səmədbəyli, şair Güləmail Murad çıxış edərək 1918-ci ilin sentyabr günlərində Azərbaycanda baş verən olaylar, Ənvər Paşa və Nuru Paşa şəxsiyyəti, eləcə də Bakının və ümumilikdə Azərbaycanın 66 bölgəsinin düşmən işğalından azad edilməsinin önəmi haqda fikirlərini bölüşüblər. Çıxışlardan sonra "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli büstün müəllifi Zirəddin Quliyevə “Cəmiyyət” adından təşəkkürünü bildirərək ümidvar olduğunu bildirib ki, bu hadisə toplumumuzda milli dəyərlərə və tarixi şəxsiyyətlərə münasibət məsələsində ənənəyə çevriləcəkdir. Z. Məmmədli sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi parad keçirilməsini də yüksək dəyərləndirərək bu əlamətdar olayı iki qardaş ölkə münasibətlərində yeni bir səhifə adlandırmışdır.
Mərasim saz söz ustalarının qəhrəmanlıq havalarını səsləndirilmələrilə sona çatıb.

***
Saat: 18:13
"Təzadlar" bildirir ki, bu gün "Borçalı" Cəmiyyətinin Baş ofisində Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibəti ilə möhtəşəm tədbir keçirildi. Azərbaycanın tanınmış tarixçi-alimlərinin, siyasilərin, ictimai xadimlərin, ziyalıların iştirak etdiyi tədbirdə Bakının erməni işğalından azad edilməsində misilsiz xidmətlər göstərmiş Qafqaz-İslam Ordusunun komandanı Nuru Paşanın büstünün açılışı mərasimi oldu. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək Nuru Paşanın hər bir Azərbaycan vətəndaşının qəlbində heykəlinin ucaldığını söylədi: "...Lakin biz istədik ki, həm də Nuru Paşanın real büstü də olsun və dəyərli soydaşımız Zirəddin bəy bu büstü yaratdı... Burada Azərbaycanın Diaspor Komitəsinin rəsmisi iştirak edir... Sizlərin hər birinə dərin təşəkkürlər edirəm... Eləcə də Türkiyənin Azərbaycandakı səfiri mənə telefon açaraq Türkiyə və Azərbaycan prezidentlərinin Bakıda keçirilən hərbi paraddakı iştirakına görə bu mərasimə gələ bilməməsindən təəssüfləndiyini bildirdi, böyük salamlarını sizə çatdırmağımı rica etdi... ".
Nuru Paşanın tarixi xidmətlərindən danışan Zəlimxan bəy büstün açılışını etmək üçün tarixçi alimlər Firdosiyyə Əhmədovanı və Nəsiman Yaqublunu, həmçinin keçmiş istiqlalçı deputat Hacıbaba Əzimovu səhnəyə dəvət etdi.
Nuru Paşanın büstünün açılışı oldu
Alqış sədaları altında Nuru Paşanın büstünün açılışı oldu.
Sonra tarixçi alimlər Firdosiyyə Əhmədova və Nəsiman Yaqublu, eləcə də keçmiş istiqlalçı deputat Hacıbaba Əzimov, professor Telman Əliyev və başqaları çıxış etdilər, Türkiyə-Azərbaycan qardaşlığının günü-gündən daha da gücləndiyindən danışdılar, bu gün Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda-Azadlıq meydanında Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə keçirilən hərbi paradın tarixi-siyasi əhəmiyyətindən bəhs etdilər.
Sonra qonaqlar Nuru Paşanın xatirəsinə həsr olunmuş sazda ifa edilən qədim türk və Azərbaycan aşıq musiqilərini dinlədilər.
Nuru Paşanın büstünün açılışı oldu
Nuru Paşanın büstünün açılışı oldu



Fikrini bildir