SON XƏBƏRLƏR
NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ XOCALI SOYQRIMI ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏN QAYIDIB-FOTOLAR

Yazının dərc olunma Tarixi: 22/10/2018

NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ XOCALI SOYQRIMI ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏN QAYIDIB-FOTOLAR
Asif Mərzili: «Qardaş Türkiyədə dövlət rəsmilərinin və eləcə də Rusiyadan gəlmiş 8 Duma üzvünün iştirakçılığı ilə baş tutan mərasim tarixi hadisədir»
Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan qardaş Türkiyədə keçirilən 4 möhtəşəm tarixi hadisəyə şahidlik etdi. Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun, millət vəkilləri Şəmsəddin Hacıyevin, Elman Məmmədovun, həmçinin Türkiyənin AK Partiyasından millət vəkili Şamil Ayrımın, Ərciyəz Universitetinin rektoru Mustafa Çalışın, Rusiya Dövlət Dumasının təmsilcisi Ramin Qasımovun, bu ölkədən olan deputatlar - Aksana Puşkina, İrina Radnina, Dimitri Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokovanın… iştirak etdiyikləri möhtəşəm tədbirlərdə həmçinin «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili də var idi. A.Mərzili bu gün Türkiyədən qayıdıb və o, pradainfo.org-un əməkdaşına Türkiyə səfəri barədə eksklüziv müsahibə verib:
- Bilirsiniz ki, ötən həftə qardaş Türkiyədə Azərbaycanın adına hesablanmış 4 böyük tarixi hadisə oldu. Onlardan biri bu idi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir bölgəsində «Star» neftayırma zavodunun açılışı oldu. Bu tarixi hadisə bir daha göstərdi ki, bir millət-iki dövlət olan Türkiyə ilə Azərbaycanı təkcə tarixi köklər, mədəni-siyasi və hərbi əməkdaşlıq və qardaşlıq deyil, həm də uzun bir gələcəyə hesablanmış möhkəm iqtisadi əlaqələr birləşdirir… İkinci möhtəşəm tədbir Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfransın keçirilməsi idi. Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq əməkdaşlıq fonunda bölgədəki gərginliyin artmasında bu işğalçı ölkənin mənfur siyasətinin tənqid edildiyi konfransda təkcə Rusiya Dövlət Dumasının 8 deputatı iştirak edirdi… Üçüncü möhtəşəm tədbir bu idi ki, Beynəlxalq konfransdan sonra oktyabrın 20-də Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı edildi. Yenə də həmin açılışda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Rusiyadan olan Dumanın 8 üzvü iştirak edirdilər və onların 1992-ci ilin fevralında dinc əhalinin vəhşiliklə öldürülməsi barədə çıxışları çox sərt oldu. Onlar erməni vəhşiliyini dünyaya bəyan etdilər… Təkrar edirəm, qardaş Türkiyədə dövlət rəsmilərinin və eləcə də Rusiyadan gəlmiş 8 Duma üzvünün iştirakçılığı ilə baş tutan bu böyük tarixi hadisəyə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Ərciyəz Universitetinin rektoru Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilcisi Ramin Qasımov, bu ölkədən olan deputatlar - Aksana Puşkina, İrina Radnina, Dimitri Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova və türkiyəli millət vəkilləri, siyasətçilər, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, Xocalı soyqırımı abidəsinin təşəbbüskarları olan Elşən və Nəcəf Qəmbərov qardaşları, DAMM-nin vitse-Prezidenti, iş adamı Hacı Quliyev, Azərbaycandan tanınmış iş adamı Nazim Tahirov və eyni zamanda mən iştirak edirdik… Xocalı abidəsi 2 hektarlıq ərazidən ibarət geniş parkda, ictimai diqqəti cəlb edən ərazidə salınıb.
NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ XOCALI SOYQRIMI ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏN QAYIDIB-FOTOLAR
Nəhayət, növbəti ən yaddaqalan hadisələrdən biri də elə həmin gün-oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə aid olan müasir təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanasının açılışı idi. Bu yaddaqalan tədbirdə yenə də Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov və Türkiyənin 11-ci prezidenti Abdulla Gül, eləcə də Azərbaycandan açılış mərasiminə gəlmiş deputatlarımız professor Şəmsəddin Hacıyev, Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin rəhbərliyi, türkiyəli millət vəkilləri, Rusiyanın 8 deputatı, DAMM-nin rəhbər heyəti və yenə də mən iştirak edirdik. Mən burada Türkiyənin sabiq Prezidenti Abdulla Güllə görüşdüm, Türkiyənin digər tanınmış simaları ilə maraqlı və yaddaqalan görüşlərimiz, söhbətlərimiz keçirildi. Bu səfərdə mənim üçün ən çox təsirli məqam bu idi ki, türkiyəli tanınmış siyasətçilər bizə deyirdilər: «Azərbaycandan muğayat olun, Azərbaycanı qoruyun, Qarabağı unutmayın, biz Qarabağa birlikdə qayıdacağıq!». Onların Azərbaycan sevgisindən çox təsirlənirdik…
Mahmud Məmmədli
NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ XOCALI SOYQRIMI ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏN QAYIDIB-FOTOLAR
NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ XOCALI SOYQRIMI ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏN QAYIDIB-FOTOLAR



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30