SON XƏBƏRLƏR
ƏDALƏT MURADOVUN BAŞLATDIĞI YOXLAMA ÖZÜNƏ QARŞI YÖNƏLİB?

Yazının dərc olunma Tarixi: 2/2/2019

ƏDALƏT MURADOVUN BAŞLATDIĞI YOXLAMA ÖZÜNƏ QARŞI YÖNƏLİB?
Azərbaycan Dövlət İqtisad Universitetində iki il əvvəl başladılmış yoxlamalar barədə pravdainfo.org-a maraqlı məlumat daxil olub…
Xəbər verildiyi kimi, Azərbaycan Hesablama Palatası hələ 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində(ADİU) yoxlamalara başlamışdı. O vaxt hazırkı rektor Ədalət Muradovun müraciəti əsasında 2014-2016-cı tədris ilinə dair xərclənən vəsaitərin təkrar yoxlanılması haqda qərar qəbul edilmişdi. Və maraqlıdır ki, hələ 2017-ci ildə Ə.Muradovun özünün təşəbbüsü ilə başladılmış yoxlamalar təkrar araşdırmalara gətirmişdir. Bu səbəbdən isə rector Ə.Muradov özünün fəaliyyətdə olduğu dövrlərə istiqamətlənən və gəlib çıxan bu yoxlamalara özünəməxsus müqavimət göstərməyə başlamış, maksimum informasiya sızmalarının qarşısını almaq üçün həmin dövrdə ADİU-nun İnformatika Kommunikasiya Texnologiyaları Mərkəzinin texniki xidmət və proqram şöbəsinin müdiri Elxan Şükürovu 28.02.2017-ci il tarixində vəzifəsindən kənarlaşdırmışdır. Hətta ehtiyatı əldən verməyən rector bir neçə gün sonra Elxan Şükürovun yanında işləyən oğlu Azər Şükürovu da işdən azad etmişdir. Elektron KİV-lər həmin dövrdə yazırdılar: “Yeri gəlmişkən, onu da xatırladaq ki, bir müddət əvvəl İqtisad Universitetində bir həftə ərzində tələblərdən müxtəlif adlar altında 620 min manat pul yığılması haqda xəbərlər yayılmışdı. Tələbələrdən birinin hərbçi valideyninin Prezident Administrasiyasına şikayətindən sonra məsələ ciddi qalmaqala səbəb olmuşdur. O zaman rektor Ədalət Muradov Cənubi Koreyada səfərdə olduğunu bildirmiş və onun adından istifadə edərək tələbələrdən pul yığan şəxslər, eləcə də Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, universitetin prorektoru Şaiq Əsgərovun qohumları və daha yeddi müəllimin adı mətbuatda hallanmış, nəticədə onlar işdən azad edimişdir. Hazırda yayılan məlumatlara görə,özünü günahsız sayan həmin müəllimlərdən biri hər şeyin olduğu kimi açıqlanması və əsl həqiqətlərin üzə çıxması üçün ölkə KİV-lərinə danışmağa hazırlaşır” və sair.
2017-ci ilin oktyabrında isə Azərbaycan Hesablama "Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair" auditin nəticələri üzrə hesabat müzakirə edərək təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul etmişdir.

Yoxlamalar Ədalət Muradova qarşı yönəlib?


Həmin ilin okyabrın 25-də isə Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev KİV-lərə açıqlamasında demişdi ki, ADİU-nun vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir. Bəs həmin şəxslər kimlər idi? Pravdainfo.org-a göndərilən elektron məktubda maraqlı məqamılara toxunulur. Məktub müəllifi yazır: “Sizin saytda ADİU-da yoxlamalar aparılması barədə xəbərləri oxudum. 2017-ci ildə başlanılmış bu yoxlamaların sonu necə oldu, niyə bu barədə də yazmırsınız? Bizə o məlumdur ki, hazırkı rector Ədalət Muradovun müraciəti və arzusu ilə başlanılmış bu yoxlamalar sonradan onun öz ətrafına, yəni komandasına yönəlib. On görə də nə bu yoxlamaların təşəbbüskarı, nə də yoxlayan orqan ictimaiyyətə məlumat vermir. Necə ola bilər ki, adi bir universitetdə iki ildir yoxlama aparılır? Baş Prokurorluq bu müddətdə nəyi yoxlayıb və niyə yekun qərarını elan etmir? Xahiş edirik, bunu nəzarətə götürün”.
Həqiqətən də diqqəti çəkən sualdır.
Onu da qeyd edək ki, 2017-ci ilin sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. AzərTAC-ın yaydığı məlumata görə, universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Amma…
Məsələ ilə bağlı Pravdainfo.org ADİU rektorluğuna electron sorğu göndərmişdir, hələki cavab yoxdur.
Qeyd edək ki, ADİU-dan KİV-lərə daxil olan məlumata görə, rector Ə.Muradovla bağlı Prezident Administrasiyasına çoxsaylı şikayətlər daxil olmaqdadır. Şikayətlər əsasən “Differensial əmək haqqı” adlı sistemin uzun illərdir elmi stajı olan elm adamlarının-müəllimlərin əmək ödənişlərini heçə emdirməsi, ayrı-seçkiliyə yol verilməsi və s. barədədir.
Mövzuya dair araşdırmamız davam edir. Çünki oxşar sorğu Baş Prokurorluğa da göndərilib.
Samir



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28