SON XƏBƏRLƏR
"Etibar Əliyev Ədalət Muradova söykənir, biz isə ilahi ədalətə"

Yazının dərc olunma Tarixi: 4/2/2019

İNK sədri Rasim Məmmədov: "Məsələ ondadır ki, həmişə söyülməli insanlar söyür..."

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf" Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov son günlər sosial şəbəkələrdə onun və rəhbərlik etdiyi qurumun əleyhinə yazılanlara münasibət bildirib.
"Etibar Əliyev Ədalət Muradova söykənir, biz isə ilahi ədalətə"
İctimainezaret.com-un suallarını cavablandıran İNK sədri deyib ki, boş-boş yazılanlara əhəmiyyət vermir: "Çünki onlar həmişə yazıb, bundan sonra da yazacaqlar. Biz onların cızma-qaralarına o qədər də əhəmiyyət vermirik və daha ciddi işlərlə məşğuluq. Bizim işimiz göz qabağındadır. Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və sədri olduğum İctimai Nəzarət Koalisiyasının əsaslı təmirdən sonrakı yeni qərargahı, Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İctimai Muzeyi, QHT Evi, Vətəndaş Cəmiyyəti – İctimai Nəzarət Klubu, Mətbuat və Yeni Media Mərkəzinin yaradılması, görünür bütün bunlar bəzilərinə xoş gəlmir.

Yaxud, Türkiyə Böyük Millət Məclisinin AK Partiyasından millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın DAMM-nin və İNK-nin Baş ofisinə təşrif buyurması və ona "Əbədi Lider" Qızıl Döş nişanının təqdim olunması, Türkiyəli tanınmış həkim Mehmet Çullu, iş adamları Cemal Palabıyık və Farik Müdiroğlunun tədbirlərimizdə iştirak etməsi, Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoçun, Merilend Universitetinin (ABŞ) professoru, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi, görkəmli fizik-alim, akademik Roald Saqdeyevin təşkilatımızda qonaq olması, xalq artistləri Ramiz Quliyev, Niyaməddin Musayev, Zümrüd Məmmədova kimi sənət adamlarının, şöhrət ordenli insanların aramızda olması, millət vəkillərinin, Azərbaycanın tanınmış iş adamlarının, ziyalıların, mədəniyyət xadimlərinin və media nümayəndələrinin toplantılarımızda iştirakı kimlərdəsə bizə qarşı qısqanclıq yaradır.

İstər Rusiyanın paytaxtı Moskvada, istərsə də Rusiyanın muxtar respublikalarında, həmçinin Türkiyədə keçirilən tədbirlərdə iştirakımız, nə yazıqlar ki, kimlərinsə yuxusuna haram qatır.

Bildiyiniz kimi, ötən ilin oktyabrında qardaş Türkiyənin Kayseri şəhərində Xocalı parkının və "Ana fəryadı" abidəsinin açılış mərasimində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti iştirak etdi.

Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin qərarı ilə 12 fevral 2019-cu ildə isə bu şəhərdə Xocalı parkının və eyni adlı abidənin açılışı olacaq. Türkiyənin və Azərbaycanın rəsmi nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçiriləcək mərasimdə DAMM-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev, DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nın sədri olaraq mən, İNK-nın sədr müavini, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, Xalq artisti Ramiz Quliyev və digər tanınmışlar iştirak edəcəklər. Qoy, bu xəbər də fəaliyyətimizə kölgə salmağa çalışanlara bir sürpriz olsun. Amma həyatda ilahi ədalət deyilən bir şey var. Mən buna inanıram. Qoy, bəziləri ilahi ədalətdən qorxsunlar. Çünki Allah böyükdür, o, hər şeyi görür və bilir.

Özünü ekspert adlandıran Etibar Əliyev deyilən biri var, yalnız adına yaraşmayan işlərlə məşğuldur. Yaxud, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, adı Ədalət olsa da, bizə qarşı ədalətsizlik nümayiş etdirir.

Etibar Əliyev Ədalət Muradova söykənir, biz isə ilahi ədalətə. İndi müqayisə edin, Ədalət Muradovun müdafiəsinə qalxmaq lazımdır, yoxsa ilahi ədalətin?! Mən ilahi ədalətə inancımı itirməmişəm. Ona görə də dostum Asif Mərziliyə qarşı Etibar Əliyev-Ədalət Muradov cütlüyünün hücumunu pisləyirəm. Məsələ ondadır ki, həmişə söyülməli insanlar söyür, ancaq bununla onlar özlərini söymüş, həm də söydürmüş olurlar. Bir də ki, onların içindəki kin, nifrət sonda özlərini çatladacaq. Nə vaxta qədər ki, kin, nifrət, paxıllıq onları pis yola sürükləyir…".

İctimainezaret.com



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28