SON XƏBƏRLƏR
Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarırsa…-VİDEO

Yazının dərc olunma Tarixi: 6/2/2019

Yaxud, tanınmış jurnalist Azər Həsrət “təhsil eksperti” Etibar Əliyevi necə və niyə ifşa etmişdir?
…Muzdlu “təhsil eksperti” Etibar Əliyev yanvarın 30-da Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradovun fəaliyyəti haqqında özünün facebook səhifəsində tərifnamələr söyləyərək yazır: “Ölkəmiz üçün bundan böyük töhfə ola bilməz”
Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarırsa…-VİDEO
Aydın məsələdir, Ədalət Muradov tərəfindən muzdlu tutulmuş Etibar Əliyev öz facebook statusunda açıq-aydın şəkildə canfəşanlıq edərək “Azərbaycan üçün ən böyük töhfədir” frazasını işlətməklə dəhşətli, bağışlanılmaz bir siyasi səhvə yol vermişdir. Fikirləşin, o, ADİU-nun beynəlxalq reytinqlərdəki mövqeyini Təhsil Nazirliyi, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən təhsil sisteminin inkişafı üçün etdiklərindən də üstün tutur. Məsələnin siyasi tərəfinə baxsaq, bu bəyanatla o, Ədalət Muradovu Prezidentdən və Birinci vitse-prezidentdən daha çox Azərbaycanın inkişafına töhfə verən “ictimai və siyasi xadim” kimi təsvir edir.
Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarırsa…
Bu tip insanları yönləndirənləri başa düşmək üçün, bir video çarxa baxmaq kifayətdir. Belə ki, Ümummilli liderin anım mərasimində siyasi və ictimai xadimlər öz hisslərini göz yaşları ilə bölüşərkən, Ədalət Muradov Fəxri Xiyabanda bulvarda gəzirmiş kimi gülür. Bu linkdəki videoçarxın 42-ci saniyəsinə baxın: http://www.unikal.org/news/198963/hacibala-abutalibov-ulu-onderi-seirle-andi#.XBCwk5DWrfA
O ki qaldı Etibar Əliyevin reytinqlərlə bağlı fikirlərinə, bu haqda da pravdainfo.org əməkdaşları bir sıra araşdırmalar aparmış və belə bir qənaətə gəlmişlər ki: -QS Reytinqi ilə bağlı statusu haqqında - özünü təhsil eksperti sayan, lakin tamamilə bacarıqsız və səriştəsiz Etibar Əliyev İqtisad Universitetinin hər hansı bir reytinqdə yer tutmağını Azərbaycanın inkişafına ən böyük töhfə hesab edir.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, beynəlxalq təhsil reytinqlərində irəliləyiş çoxillik səylərin və işlərin nəticəsidir. Apardığımız araşdırmalara əsasən İqtisad Universitetinin bütün kollektivi bilir ki, məhz əvvəlki rəhbərliyin dövründə işəgötürənlərlə əlaqələrin qurulması, məzunların işə düzəldilməsi və s. istiqamətlərdə kompleks işlər aparılmağa başlanıldı. Bəs nə üçün Etibar Əliyev “unudur” ki, ölkədə ilk dəfə olaraq ADİU-da Əmək Yarmarkası keçirilmiş, karyera mərkəzi, işədüzəltmə mərkəzi açılmışdır. Məhz əvvəlki rəhbərliyin dövründə ADİU yüzlərlə biznes strukturları – banklar, şirkətlər, holdinqlər və dövlət müəssisələri ilə möhkəm əlaqələr yaradılmış, universitet tərəfindən minlərlə məzun işə düzəldilmişdir. ADİU işəgötürənlər arasında etibarlı və nüfuzlu partnyor kimi tanınırdı. QS agentliyi ilə əməkdaşlığa da hələ o dövrdə başlanılmışdır və əgər hər hansı bir nəticə varsa, deməli, onun əsasını əvvəlki rəhbərlik qoymuşdur. Və indi sabiq rektorun bütün nailiyyətlərini vicdansızcasına Ədalət Muradovun müstəsna xidmətləri kimi təqdim etmək ən azı savadsızlıqdır!
-«WEBOMETRICS”-dəki reytinqlə bağlı. İlk baxışdan, bu yalnız təhsildən uzaq və bu reytinqin tərtib edilməsi metodikası ilə tanış olmayan insanlar üçün həqiqətən böyük nailiyyət kimi görünə bilər. Lakin Etibar Əliyevə və oxucularımıza da məlumdur ki, «WEBOMETRICS» reytinqində əsas payı universitetin saytına ziyarətçilərin sayı və orada yerləşdirilmiş resurslardan istifadə təşkil edir. Hamıya məlumdur ki, ADİU-da tələbələrin qiymətləndirilməsi test sistemi ilə həyata keçirilir. 350-dən çox fənlər üzrə testlər düzgün cavabları ilə birlikdə saytda yerləşdirilmişdir. Bu isə hər il 18 000-dən çox universitet tələbəsinin istifadə etdiyi minlərlə səhifə deməkdir. Təbiidir ki, belə tələbə sayı və test sistemi ilə “saytın ziyarətçi sayı nəinki ölkənin, eləcə də regionun bütün universitetlərindən çox olacaqdır”. Beləliklə, biliklərin testlə qiymətləndirilməsinin süni, primitiv və zərərli sisteminin tətbiq edilməsi hesabına ADİU, savadsız Etibar Əliyevin pafosla dediyi kimi, “liderlər” sırasına daxil olmuşdur. Hesab edirik ki, bununla bağlı əlavə şərh verməyə ehtiyac yoxdur.

Bu da «təhsil eksperti» Etibar Əliyevin əsl siması…

Başqalarının gözündə tük axtardığı halda, öz gözündə tiri görməyən, işi-gücü sifarişlə tanınmış simalara çamur atan, el dilində desək, hər hansı müsbət ideya irəli sürənlərin işinə mız qoyan Etibar Əliyevin ikiüzlü və simasız olması barədə mətbuatda çox yazılıb. Budur, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin yazısından sitatlara diqqət edək: “O (Etibar.Red.) mənə qarşı hətta “reket”lik kimi sarsaq ittihamlar irəli sürür. Bu adamın dünən dediyi ilə bu gün dediyi üst-üstə düşmür. Bir vaxtlar bu insan müxtəlif dairələrdə məni savadlı, dünyagörüşü yüksək olan biri kimi tərif edirdi. İndi nə dəyişdi? Savadımmı, dünyagörüşümmü azaldı, qlobal problemmi oldu ki, mənim haqqımda mənfi düşünməyə başladı?”
Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarırsa…-VİDEO
-Etibar Əliyev çoxdanın tərbiyəsiz şər, böhtançısıdır və əsl bu sahənin ekspertidir.
Yenə də Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrətin yazısından: “O (Etibar.Red.) iddia edir ki, guya mən haçansa elektron poçtu Azərbaycana gətirdiyimi demişəm. Ağır bir ifadə işlədərdim, amma ayıb olar. Etibar Əliyev, tərbiyən olsun, ədəbin, əxlaqın olsun. Mən belə söz demişəmsə, mənə lənət olsun. Əgər bunu sən özündən uydurursansa, sənə lənət olsun. Niyə adama belə tərbiyəsiz böhtan atırsan? Mən demişəm ki, Azərbaycanda ilk şəxsi internet saytını quran şəxsəm, bunun da arxasında dururam. 1999-cu ildə mən şəxsi internet saytımı özüm qurmuşam. Əksini iddia edən varsa, qarşıma çıxa bilər”.
-Etibar Əliyev vəzifə naminə, maddiyyətə görə özünü alçaltmaqdan belə utanmır.
Budur, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından daha bir sitat: “Yaxın keçmişdə onun Misir Mərdanovla bağlı yazısını oxumuşdum. O Misir müəllimlə eyni vəzifəni tutmaq istəyən şəxs arasında “seçim” edirdi və yazısında Misir müəllimi yerdən-yerə vurmuşdu. Onun həmin yazısını oxuyanda bu cür biabırçı yanaşma ilə qarşılaşacağımı, bir qələm sahibinin özünü belə alçaldacağını düşünmürdüm”
-Etibar Əliyev xain xofludur, öz uğursuzluğunun səbəbini başqasında axtarmağa çalışan bədbəxtçiliyinin əsiridir.
Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından daha bir sitat: “Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi yazı müsabiqəsi təşkil etmişdi, məni isə münsif kimi dəvət etmişdilər. Biz yeni texnologiyalarla bağlı yazıların dəyərləndirilməsini aparırdıq. Mən həm yeni texnologiyalardan xəbəri olan birisi, həm də bir jurnalist olaraq, münsif heyətində yer almışdım. Etibar Əliyevin də təqdim etdiyi yazı nümunələr sırasında idi. Dəyərləndirmə başa çatdı, qiymətləndirmə mərasimi keçirildi. Etibar Əliyevin təqdim etdiyi yazı lazım olan balı toplamamış, qalib olmamışdı. O bunu biləndə tədbirdə ayağa qalxıb, biabırçı fikirlər şəkildə etiraz etdi ki, Azər Həsrət kimi bu sahədən xəbəri olmayan adam mənim yazılarımı necə dəyərləndirə bilər? Amma bu insan bilmirdi ki, onun yazısına ən yüksək qiyməti mən vermişdim. Bütün bunları ona görə deyirəm ki, Etibar Əliyev həqiqətən də bu bədbaxtçılığının əsiridir. O, bundan sonra bəzi media qurumlarında çıxış edərək ağzına gələni mənim ünvanıma qarşı səsləndirdi. Mən isə təbii olaraq, cavab verdim.”
-Etibar Əliyev öz mövqesizliyini “ustalıqla” gizlədə bilən maskalılardandır.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin peşəkar yazısından sitat: “Təəssüf ki, mənim də bir müddət yazılarımla çıxış etdiyim “Azadlıq” qəzeti Etibar Əliyevin yazılarına yer verdi, mənim mövqeyimi qeyd etmədi. Çox maraqlıdır, bu qəzet radikal müxalifəti təmsil etdiyi halda “dövlət üçün yanıb-yaxılan” Etibar Əliyevə yer verir, mənə isə vermir”
-Etibar Əliyev işinə yarayanda, hətta Azərbaycan xalqına, Azərbaycan dövlətinə həqarətlə baxan, hər addımda təhqir edənləri tərifləməkdən belə çəkinmir.
-Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrətin yazısından: “Mən bu insan haqqında çox da məlumatlı deyiləm. Dünən isə onun açıqlamasını dinlədikdən sonra bəzi dostlar onunla bağlı mənə materiallar, məlumatlar göndərdilər. Etibar Əliyevin 2009-cu ildə “Yeni Müsavat”da yazısı dərc olunub. O, həmin yazısında Azərbaycan xalqına, Azərbaycan dövlətinə həqarətlə baxan, hər addımda təhqir edən Leyla Yunusu ideallaşdırır. Belə təfəkkürün sahibi Azər Həsrətə çamur ata bilməz”.
-Etibar Əliyev hər zaman müxtəlif təşkilatlara və müxtəlif insanlara bağlı olub.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrətin yazısından: “Etibar Əliyev özünü guya gərəkli bir adam kimi sübut etmək istəyir. Müxtəlif təşkilatalara bağlı şəxsdir. Onun kimlər tərəfindən qıcıqlandırıldığını, mənim üzərimə yürüdüldüyünü də bilirəm. Onun özünün də deyil, sahiblərinin yeddi qatının cavabını verə bilərəm. Etibar Əliyevi mənim üzərimə göndərənlər özləri bioqrafamın altında əzilən insanlardır. O, mənim kimi insanın qarşısında heç kimdir. İstər jurnalistikada, istərsə ictimai, siyasi fəaliyyətdə bu insan özünü mənə bulaşdırmasın. Özünə uyğun çevrələrdə davransın, özünə uyğun işlərlə məşğul olsun. Onu mənim qarşımdan çəksinlər, dediyim kimi Azərbaycan üçün gördüyüm və görməkdə olduğum ciddi işlər var”.
-Etibara baş qoşanlara və onu dəstəkləyənlərə mesaj.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət yazır: “Çox təəssüf edirəm ki, öz qızıldan dəyərli vaxtımı mənasız, qeyri-ciddi insana cavab verməklə sərf edirəm. Etibar Əliyev kimi ünsürlər isə əl –ayağıma dolaşır, vaxtımı alırlar. Amma mən onun kimilərin cavabını verməyə bilmərəm. Çünki sakit duranda deyirlər, qorxdu və susdu. Halbuki, mən Azərbaycan naminə bu günə qədər çalışmışam, bundan sonra da çalışacağam. Cəmiyyətdə baş verən istənilənm neqativ hadisəyə mövqeyimi ifadə etmişəm. Mən heç vaxt qaraya ağ, ağa qara deməmişəm”
Mənbə: http://demokrat.az/news/6874
Sitatları təqdim etdi: Zaur




Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28