SON XƏBƏRLƏR
HEYDƏR ƏLİYEVİN ADININ UNİVERSİTETƏ VERİLMƏSİNİ TƏKLİF ETDİ, ƏDALƏT MURADOV SƏRT CƏZALANDIRDI

Yazının dərc olunma Tarixi: 9/2/2019

HEYDƏR ƏLİYEVİN ADININ UNİVERSİTETƏ VERİLMƏSİNİ TƏKLİF ETDİ, ƏDALƏT MURADOV SƏRT CƏZALANDIRDI
"Təzadlar"ın rəsmi saytının bugünkü buraxılışında yayımlanmış "ƏDALƏT MURADOV NİYƏ AZƏRBAYCANIN ADININ YOX EDİLMƏSİNDƏ İSRARLIDIR?" yazısı böyük rezonans doğurub. Ədalət Muradovun rektor təyinatından sonra Azərbaycan Dövlət İqtisad Universitetinin adının UNEC kimi tanıdılmasına cəhdlərin hüquqi baxımdan yolverilməz olmasından bəhs edən yazıya çoxsaylı münasibətlər var. Onların bir çoxu yazının şərh hissəsində ixtisarla verilib. Lakin ADİU-dan zəng edən tanınmış alimlərin reaksiyaları daha ciddi düşünməyə əsas verir. Onlardan biri, uzun illər maliyyə-vergi orqanlarında məsul vəzifələrdə çalışmış, iqtisad elmləri doktoru, Professor Mirələm Həsənli hələ 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin adının UNEC kimi səsləndirilməsinə qəti etiraz edənlərdən olub. Belə ki, professor Mirələm Həsənli rektor Ədalət Muradova maliyyə kafedrasının müdiri olaraq xidməti məktub yazaraq UNEC adına etiraz etməklə yanaşı, təklif edib ki, ADİU-ya Ulu Öndər Heydər Əliyevin adı verilsin. Professor bu təklifini ciddi arqumentlərlə əsaslandırıb da...

Rektor Ədalət Muradov Heydər Əliyevin adının ADİU-ya verilməsi təklifini irəli sürən kafedra müdirini sərt cəzalandırıb...


...Bu gün yeridir deyə, professor Mirələm Həsənli ilə əlaqə saxladıq. Eşitdiklərimizdən dəhşətə gəldik: "...Mən sizə təqdim edəcəyim həmin xidməti məktubumda Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsini təklif etmiş, UNEC adının heç bir halda universitetə yaxın olmadığını rəsmi qaydada əsaslandırmışdım. Ədalət Muradov təklifimi müzakirə edəcəklərini bildirmişdi... Az keçmiş bu təklif onu bərk əsəbləşdirmişdir deyə, onun mənə qarşı münasibəti 360 dərəcə dəyişdi. Milli vergi siyasətimizlə bağlı ilk fundamental dərsliyin və elmi əsərin müəlliflərindən biri və maliyyə kafedrasının müdiri olsam da, məni işdən çıxartdı, hətta həmin kafedranı ləğv etdilər, maaşım kəsildi, təzyiqlər başladı... Siz doğru buyurursunuz ki, hər bir təhsil ocağı mənsub olduğu ölkənin adını-mənsubiyyətini ifadə etməlidir. UNEC adını kim uydurub axı? Bunu kim icad edib???".
Tanınmış iqtisadçı alim, Professor Mirələm Həsənlini redaksiyamıza dəvət etdik... Dəhşət saçan açıqlamaları tezliklə oxuyacaqsınız... İnanılmaz idarə üsulu, təyinatlar... və dostluğa-tanışlığa əsaslanan əmək haqqı dolaşıqlıqları, qeyri-ənənəvi mükafatlandırma sistemləri...



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28