SON XƏBƏRLƏR
İQTİSAD UNİVERSİTETİNDI REKTORU ALDADANLAR VƏ REKTORA ALDANANLAR

Yazının dərc olunma Tarixi: 16/3/2019

İQTİSAD UNİVERSİTETİNDI REKTORU ALDADANLAR VƏ REKTORA ALDANANLAR
Yaxud, bir yerdə ki, alim yalan danışmağa öyrədilir, orda xeyir-bərəkət olmaz
“...Tam səmimiyyətlə deyirəm, dövləti qayğıları başdan aşan, Qarabağ problemli ölkədə elm adamlarını iş-gücündən ayıraraq yersiz polemikalara cəlb edilməsi başadüşülən deyil. Əlbəttə, biz də başa düşürük ki, bulanıq suda balıq tutmaq bəzən çox asan olur! Bir də, atalarımızın olduqca fəlsəfi bir sözü var: “Cəhənnəmə gedən özünə yoldaş axtarar!””.
Bu sözləri həmsöhbətimiz jurnalist Asif Mərzili dedi. Səbəbini aşağıdakı müsahibədə biləcəksiniz.
Biz onunla söhbət edərkən ADİU-nun iki müəllimi də redaksiyada idi. Onların söhbətlərindən belə başa düşdük ki, Azərbaycan Dövlət İqtisad Universiteti indi çop uzadılmış arı pətəyini xatırladır. Universitet qaynayır. Amma kaş bu qaynama elmi nailiyyətlərin müzakirəsində, ömrünü burada elmə və təhsilə xərcləmiş müəllimlərin-professor və elmlər doktorlarının hörmətə minməsində özünü göstərsin. Yoxsa, dəstələşmə, qruplaşma, yazılaşşma, təqibləşmə, təhdidləşmə... Elə bu niyyətlilər dünən özünü universitetin tribunası kimi tanıtmış saytların birində “TANINMIŞ PROFESSORLAR UNEC-DƏKİ İSLAHATLARIN MÜDAFİƏSİNƏ QALXDILAR - “Böhtanlarla aparılan işlərə kölgə salmaq olmaz” başlıqlı yazı dərc edilib.
Sayt yazır: “...Universitetdə aparılan islahatlar çərçivəsində vəzifədən çıxarılanlar və şəxsi maraqlarına toxunulan kiçik bir qrup başda rektor Ədalət Muradov olmaqla, UNEC rəhbərliyinə qarşı kampaniya aparmaqla məşğuldurlar... Saytımıza müraciət edən UNEC-in bir qrup əməkdaşının sözlərinə görə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili şəxsən Universitetin əməkdaşlarına, əsasən də professorlara zəng edərək, UNEC-də keçirilən islahatların əleyhinə, rəhbərliyə qarşı fikirlər almağa cəhd edib”.
Məsələyə aydınlıq gətirilməsi üçün də “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə əlaqə saxladıq. Onunla redaksiyada görüşdük. Baş redaktor olduqca maraqlı məsələyə toxundu, faktları sadaladı:

- Bəli, bu iddiaları oxudum. Amma çox məyyus oldum. Çünki artıq bəzi adamlar tələbələrə savad, bilik, düzlük... öyrətməli müəllimləri, hətta professorları yalan danışmağa məcbur edirlər. Bu olduqca çirkin hərəkətdir. Mən həmin yazıdan öyrəndim ki, ADİU-nun “İqtisad nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev və bir də “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri olan professor Telman İmanov belə bir ittiham səsləndiriblər ki, guya biz onlara zəng edib rektor Ədalət Muradovun əleyhinə müsahibə almaq istəmişik və s.

- Doğrudanmı siz belə bir cəhdlərdə bulunmusunuz?
- Görün nə qədər məntiqsizliyə yol verirlər. Birincisi, əgər universitetin professoru, dosenti, müəllimləri özləri zəng edir, redaksiyaya gəlib Ədalət Muradovun barəsində sənədlərlə, konkret sübutlarla açıqlamalar, müsahibələr verirlərsə, bizə nə qalıb ki, hələ bir hansısa tanımadığımız, telefonlarını kafedralarından öyrəndiyimiz professorlara zəng vurub rektorun əleyhinə fakt toplayaq? İndicə özünüz də gördünüz ki, 2 elmlər doktorları özləri gəlib açıqlama verirdilər... Üstəlik, rektorun barəsində Prezidentə göndərilmiş mötəbər sənədlər və alınmış cavablar redaksiyamızdadırsa və bu barədə araşdırma gedirsə, niyə hələ bir qanunsuz cəhdlərə də getməliyik? Qısası, universitetdəki neqativlər barədə narazıların özləri öz ayağı ilə redaksiyamıza kütləvi gəlirlər, onların arxasınca heç getməyə belə zərurət yoxdur.
İkincisi, bu yaxınlarda rektora yaxın “Azpolitika.info” saytı millət vəkilləri Fazil Mustafanın və Hikmət Babaoğlunun adından barəmizdə yalan yazmışdılar. Hər iki deputatla əlaqə saxladıq və məlum oldu ki, onlar heç bir halda o yazılanları barəmizdə deməyiblər. İndi, düşünürəm ki, əgər təkrarən bu 4 professora zəng vursaq ki, siz belə söz demisinizmi, inanmıram ki, onlar bunu inkar etməsinlər.
- Amma bir məsələ var, əgər elə deyilsə, onlar bunu təkzib də edərdilər...
- Bilirsiniz, komanda verilib, onları bu cəncəl işə qoşublar, artıq yay oxdan çıxıb. Təkzib etsələr, vəziyyət onlar üçün daha da mürəkkəbləşər. Mən belə düşünürəm. Kim bilir, bəlkə heç rektorun özünün bu işlərdən xəbəri yoxdur...
- Bəs sizin necə, deyilənləri təkzib etməyə sübütünüz varmı?
- Bu yalana təhrik edilmiş professorlardan üzr istəməklə aşağıdakıları deməyə məcburam: Əvvəla, bu bir layihə kimi dövriyyəyə buraxılmışdı. Belə ki, redaksiyaya universitetin mağistratura mərkəzində baş verənlərə etiraz edən narazı professorların müraciəti var idi ki, rektor Ə.Muradov universitetin professor və elmlər doktorlarını qoyub kənardan qeyri-ixtisas sahibi olan müəllimləri mağistrlərə elmi rəhbər təyin etdirir və s. Biz məsələyə aydınlıq gətirilməsi üçün 14 və 22 fevral 2019-cu il tarixlərdə rektor Ədalət Muradova rəsmi sorğu göndərdik.
Sorğuya verilmiş cavabda konkretlik yox idi, başdan eləmək üçün cavab vermişdilər. Məsələn, sualın biri belə idi ki, “5. Universitetinin 400-ə yaxın professor və dosenti olduğu halda, niyə magistrlərə elmi rəhbərlər əsasən onların sırasından deyil, kənardan seçilir?”. Cavab verilmişdi ki, “Elmi rəhbərlər əsasən UNEC müəllimlərindən seçilir”. Halbuki bizdə əks rəqəmlər var idi. Həmçinin digər “9. Azərbaycan Dövlət İqtisad Universitetində çalışan professor və dosentlərin deyil, kənardan cəlb edilmiş 42 müəllimin magistrlərə elmi rəhbər təyin edilməsində məqsəd nədir?” sualına belə cavab verilmişdi:
“Məqsəd magistrlərin elmi rəhbər seçmək hüququnu təmin etməkdir”. Halbuki daxil olmuş şikayətdə vurğulanırdı ki, ADİU-nun professor və elmlər doktorları müraciət etsələr də, magistrlərə onları deyil, kənardan qeyri-ixtisas sahələrində çalışanları cəlb edirlər. Hətta konkret nümunə var idi ki, bir iqtisadçı alimin öz qohumu olan magistr ərizə yazıb ki, mən onu istəyirəm, qoymayıblar. Beləliklə, sorğuya verilən cavabları konkret olaraq ayrı-ayrı ADİU professorlarının öz nümunəsində araşdırmaq üçün jurnalist təhqiqatı aparıldı. Əməkdaşlarımız seçmə yolu ilə təxminən 20 professor və kafedra müdiri ilə əlaqə saxlayıb, onlara magistr verilib-verilmədiyi öyrənilib. Bu siyahıda indi əksimizə danışdırılan professorlar da var. Hamısının dedikləri çapa hazırlanır, qəzetdə dərc ediləcək. Ümumən məlum olurdu ki, ADİU professorlarına magistrlər verilməyib, əksinə, 42 elmi rəhbər kənardan cəlb edilib, onların siyahısını sizə təqdim edirəm...
- Asif müəllim, konkret danışsaq, siz, yaxud sizin əməkdaşlar professorlar-Əlican Babayevə, Məhiş Əhmədova, Arif Şəkərəliyevə və Telman İmanova hansı sualla müraciət etmisiniz?
- İstəkli professorların diqqətinə çatdırıram ki, məsələ ciddi və mübahisəli olduğundan bütün söhbətimiz redaksiyanın diktofonuna yazılmışdır, onlara hansı sual verildiyi, onların hansı cavabı verdikləri sübut kimi redaksiyadadır, kim istəsə, gəlib qulaq asa bilər. Mən də, əməkdaşlarımız da hamıya belə bir sual vermişik: “Redaksiyaya universitetdən daxil olmuş şikayət xarakterli müraciətdə qeyd olunur ki, ADİU-nun professor və elmlər doktorlarına, dosentlərinə magistr verilmir, amma kənardan başqa sahənin adamlarına verilir. Rektorluğa sorğu verilib, alınan cavabdan məlum olur ki, elmi rəhbərləri magistrlər özləri seçirlər, ona görə də əsasən kənardan elmi rəhbərlər gətirilir. Doğrudanmı mağistrlər sizin universitetin professorlarını istəmirlər? Sizin necə, mağistriniz varmı?”.
Hamıya bu sual verilib. Demək olar ki, sorğuda iştirak edən professorların hamısı deyib ki, yox, mənim magisrim yoxdur. Səbəbləri hərə bir cürə izahlayıb. Amma heç bir professor məcbur edilməyib ki, Ədalət Muradovun əleyhinə danışsın... Əgər, yenə də üzr istəyirəm, adları çəkilən professorların adından yazılan onlara məxsusdursa, onda açıq deyirəm, onlar ağ yalan danışırlar... Buyurun, bu da onların səs yazıları, birlikdə qulaq asaq (Qulaq asırıq.Red.). Bəli, rəyi soruşanlar arasında rektorun nöqsanlarından da danışanlar var, tənqid ediblər, magistrlərin seçimində dostbazlıq, tanışlıq və s. prinsiplərin əsas götürüldüyünü açıq şəkildə bildiriblər. Amma təkrar edirəm, axı hamıya eyni sual verilib, yuxarıda qoyulan sualda rektorun əleyhinə danışmağa məcbur etmə elementi varmı? Bu nə yalandır? Mən sizə həmin bu 4 professorun səs yazısını təqdim edirəm, saytınızda yayımlayın, qoy Ədalət Muradov görsün ki, kimlər kimi, kim isə kimləri aldadır. Bəlkə kimsə özünü rektora şirin salmaq istəyir, etsin, amma bunu yalan üzərindən etməsin...(Səs yazıları təqdim olunur).
- Belə çıxır ki, professorlar sizin onlardan soruşduqlarınızı bir kənara qoyaraq məlum sayta açıqlamalarında demədikləri tamamilə başqa şeylərdən danışıblar...
- Bəli... Məsələn, sayt onların dilindən yazır ki, “...onlarin sözlərinə görə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili şəxsən Universitetin əməkdaşlarına, əsasən də professorlara zəng edərək, UNEC-də keçirilən islahatların əleyhinə, rəhbərliyə qarşı fikirlər almağa cəhd edib...”. Bu etikadan kənar sözdür, ciddi ittihamdır. Məsələn, “İqtisad nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev: ...Mən də obyektiv şəkildə öz mövqeyimi bildirdim. Həyata keçirilən islahatların Universitetin nüfuzunun daha da qaldırılmasına, beynəlxalq reytinq cədvəllərində yuxarı yerlərə yüksəlməsinə, dünyanın tanınan ali təhsil ocaqlarından birinə çevrilməsinə xidmət etdiyini bildirdim. Universitetin fəaliyyətində şəffaflığın təmin olunduğunu, hər hansı narazılıq yaradan problemin olmadığını qeyd etdim”.
Professor Ə.Babayev daha sonra magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddiaların da doğru olmadığını vurğulayır, differensial əməkhaqqı sistemi üzrə siyahının qeyri-obyektiv tərtib olunmasına dair iddiaların da doğru olmadığını deyir. Hansı ki, redaksiyamızda sənəd və sübutlar var ki, hörmətli professor Prezident yanında AAK-da iqtisadiyyat üzrə Ekspert Şurasının sədri olarkən orada müavini olmuş Ədalət Muradov onun işdən çıxarılması üçün hansı addımlar atıb və sair qalmaqal. Amma biz bu barədə hələki susuruq.
Yaxud, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov deyir: Mənə martın 8-də zəng etmişdi. Təxminən saat 12:00 radələrində. Mən də ona bildirdim ki, kafedramızın professor-müəllim heyəti tərəfindən müəyyənləşdirilərək, Beynəlxalq Magistratura Mərkəzinə təqdim olunan 15 mövzu təsdiq olunaraq, bizə geri qaytarılıb. Builki birinci kurslardan da 15 magistr bizim kafedraya təhkim olunub. Mövzular da bizim təklif etdiyimiz mövzulardır. Elmi rəhbərlər isə bizim təqdim etdiyimiz alimlər, kafedramızın əməkdaşlarıdır. Yəni ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tamamilə yalandır. Əvvəlki illərdə də bizim kafedraya hər il 12-15 nəfər magistr təhkim olunub. Bu baxımdan hər hansı narazılıq yoxdur”.
Axı belə söhbətimiz olmayıb, o, bun ə yalandır deyir. Amma Məhiş müəllimin diqqətinə çatdırıram ki, redaksiyamızda bir neçə qalmaqallı şikayət var, onun keçmiş rektor Əli Abbasovun dövründə magistratura ilə bağlı törətdiklərinə və s. həsr olunub. Bunu da qoyuram bir kənara, ciddi yazılarımız olacaq.
Bundan başqa, “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev isə deyir: “Mənə də “Təzadlar” qəzetindən zəng etmişdilər. Magistr dissertasiyaları və sair məsələlərlə bağlı danışmaq istədiklərini bildirdilər. Mən də onlara hesabat vermək məcburiyyətində olmadığımı dedim. Qeyri-obyektiv, qərəzli mövqe tutduqlarından ətraflı danışmadım... Ancaq sizin saytınız vasitəsilə bildirirəm ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tam yalandır, böhtandır. Bizim kafedranın da bir neçə müəllimi magistrlara elmi rəhbər təyin olunub. Son illər elmi rəhbərlərini magistrlar əsasən özləri seçir. Yəni onlara bu imkan yaradılıb ki, kafedradan təqdim olunmuş müəllimlər arasından seçim aparsınlar. Buna görə də bəzən bir müəllim bir neçə magistra elmi rəhbərlik edir, başqa bir müəllimin isə heç bir magistri olmur. Ancaq magistrlərə elmi rəhbərlərin yalnız kənardan təyin olunması barədə deyilənlər yalandır”.
Bu qədər yalan! Axı aramızda tamam başqa söhbət olub, onun səs yazısını təqdim edirəm, görün elə şey olubmu? Arif Şəkərəliyevin haqqında bizdə olan şikayət və materialı dərc edəcəyik, görən onda hörmətli professor nə deyəcək?
Gəlirəm, “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri, professor Telman İmanova. Deyir: “Baş redaktorun özü zəng etmişdi. Dedi ki, bəs universitetdə bəzi məsələlərlə bağlı - hansı ki, saytında yazır - problemlər var, istəyirəm siz də münasibət bildirəsiniz. Mən ona bildirdim ki, 25 il mən həmin universitetdə çalışmışam, onun 15 ilini də kafedra müdiri olmuşam. 9 aydır başqa universitetə keçmişəm. Dedim 25 il çalışdığım, 15 ilini də kafedra müdiri olduğum bir təşkilat barədə nə mənfi fikir söyləyə bilərəm? Dedim siz söyləyə bilərsiniz? Dedi yox. Dedim mənə belə suallar vermək etik normalardan kənardır, xahiş edirəm məni narahat etməyin. Bununla da söhbətimiz yekunlaşdı... Görülən işlərə kölgə salmaq olmaz. Bunun heç kimə faydası da yoxdur. Universitetdə kimdən soruşsanız, deyəcəklər ki, o qəzetdə yazılanların əksəriyyəti həqiqətdən uzaqdır”.
Bax, Telman müəllim, əksinə, etikadan kənar odur ki, sizinlə aramızda elə söhbət olmayıb, yalan danışırsınız. Sizin vaxtilə hansı səbəbdən indii müdafiəsini qurmaq istədiyiniz Ədalət Muradovun təkidi ilə hansı səbəbə görə universitetdən qovulduğunuzu bütün həmkarlarınız bilir... Və sizin işdən çıxandan sonra çalışdığınız kafedrada baş verənlər haqqında və rektor Ə.Muradov barədə yazıb redaksiyaya gətirdiyiniz (“Azərbaycan” nəşriyyatının 1-ci mərtəbəsində əməkdaşımıza verdiyiniz), elektron poçta göndərdiyiniz yazınızı unutmusunuzmu? Unutmusunuzsa, qəzetin 19 mart tarixli sayında və saytda oxuya bilərsiniz...
- Etirazların biri də bundan ibarətdir ki, kənardan magistrlərə elmi rəhbər gətirilməsi ağ yalandır...
- Ağ yalanı bunu iddia edənlər deyir. Mən sizə ADİU-nun özünün saytından götürdüyümüz, təhsil ekspertləri tərəfindən yoxlanılmış (http://unec.edu.az/application/uploads/2017/07/Dissertasiya-movzulari-09.01.191.pdf və bu linkdə yerləşdirilmiş, özü də universitetin professor və elmlər doktorları, dosentləri dura-dura, magistrlərə kənardan təhkim olunmuş müəllimlərin siyahısını təqdim edirəm. Bəri başdan xəbərdarlıq edirik ki, siyahıda bir-iki yalnışlıq olsa, bunun günahı rektorluqdadır, bizdə yox. Bu da həmin sıravi, elmi adı olmayan(2 nəfər istisna olmaqla), amma magistrlərə(!) kənardan elmi rəhbər təyin edilmiş müəllimlərin siyahısı:
İ.e.d., prof. Kəlbiyev Yaşar Atakişi-5 magistrə rəhbərlik edir, “Azərsu” ASC-də idarə rəisi, su üzrə fəlsəfə doktoru Növrəsli Tərlan Növrəs-3, i.e.n. Cəfərov Elxan Orxan- 2, i.e. n. Əhmədov Zaur Qalib- 5, i.ü.f.d. Səfərli Elmir Novruz-4, i.ü.f.d., Tanrıverdiyev Qalib Əvəz-2, i.e.n. Rəfiyev Aydın Ağaəli-2, i.ü.f.d. Bədəlov Elnur Şakir-4, i.ü.f.d. Babayev Tural Söhbət-5, i.ü.f.d. Paşacanov Anar Aydın-4 (o, əslində kimya üzrə fəlsəfə doktorudur, amma saytda yalandan i.ü.f.d. yazıblar), h.ü.f.d. Abbasbəyli Mustafa Aslan-5, i.ü.f.d. Hüseynova Alidə Teymur-2, i.ü.f.d. Atakişiyev Ruslan Bahyəddin-4, i.ü.f.d. Əlizadə Namiq Zahid-3, i.ü.f.d. Sultanov Firudin Oktay-2, i.ü.f.d. Məmmədova Sevinc Rəfail-2, i.ü.f.d. Məmmədov Anar Rauf-4, i.ü.f.d. Quliyev Elsevər Nizami-3, i.ü.f.d. Muradlı Neman İmran-1(0,5 ştatda dərs deyir, ona elmi rəhbərlik olmaz, elmi dərəcəsi yoxdur), i.ü.f.d. Abbasov Ceyhun Abbas-3, i.ü.f.d. Muxtarov Şəhriyar Zahid-3, i.ü.f.d. Hacıyev Ceyhun Gülməmməd-1, i.ü.f.d. Mürsəlli Nicat Yusifəli-1, i.ü.f.d. Mikayılov Fərhad Qamboy-1, i.ü.f.d. Əhmədov Adil Aydın-3, i.ü.f.d. Məmmədov Aqil Arif-1, i.ü.f.d. Alıyev Xətai Şahin-4, i.ü.f.d. Əkbərov Şahin Şükür-2, riy.ü.f.d. Rzayeva Ülviyyə Şahin-1, i.ü.f.d. Bəşirov Xəqani Sərdarxan-4, i.ü.f.d. Muradov Rəşad Hüseyn-3, i.ü.f.d. Musayeva Fərqanə Qəzənfər-3, i.ü.f.d. Abdullayeva Rəsmiyyə Sabir-1, i.ü.f.d. Bağırzadə Murad Manaf-1, i.ü.f.d. Muradova Hicran Rafiq-3, i.ü.f.d. Talıbov Ceyhun Şahmar-4, i.ü.f.d. Sofiyeva Ofelya Sadıx-3, i.ü.f.d.Fərzəliyeva Süsən Vaqif-1, i.ü.f.d. Hüseynov Təhmasib Faiq-1, i.e.d. Səməndərov Seyfəddin Sabir-1, i.e. dok.pr. Novruzov Vahid Tapdıq-1, i.ü. f. d. Abbasov Ceyhun Abbas-1, i.ü.f.d. Eyvazov Aqil Afdandil-5.
Sonda onu da deyirəm ki, biz bu müəllimlərin elmiliyinə şübhə etmirik, amma mövcud qaydalara görə bunlar yolverilməzdir. İkincisi, siyahı bir daha göstərir ki, yuxarıda adları çəkilən professorlar nələri doğru demirlər...

Dinlədi: Sadiq
(ictimainezaret.com)



Fikrini bildir