SON XƏBƏRLƏR
BDU-NUN DOSENTİNİN MEHRİBAN ƏLİYEVA HAQQINDA ELMİ MƏQALƏSİ TÜRKİYƏ MƏTBUATINDA

Yazının dərc olunma Tarixi: 30/3/2019

BDU-NUN DOSENTİNİN MEHRİBAN ƏLİYEVA HAQQINDA ELMİ MƏQALƏSİ TÜRKİYƏ MƏTBUATINDA
BDU-nun dosenti, Psixologiya üzrə fəlsəfə doktoru İmdad Bayramovun “Planetar düşüncəli böyük Azərbaycanlı” elmi məqaləsi TURAN Araşdırmalar Mərkəzinin rəsmi turansam.org saytında dərc edilib...
Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru İmdad Bayramovun Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında yazdığı “Planetar düşüncəli böyük Azərbaycanlı” məqaləsi Türkiyənin tanınmış “Turan-Sam” dərgisində və TURAN Araşdırmalar Mərkəzinin rəsmi turansam.org saytında dərc edilib.
Psixologiya sahəsində bir sıra elmi məqalələrin müəllifi olan İmdad Bayramov qeyd edilən məqaləsində Mehriban xanım Əliyevanı təkcə ictimai-siyasi xadim kimi deyil, həm də Azərbaycanda tanınmış nəslin ocağından çıxmış dəyərli ziyalı, böyük intellektual gücə malik güclü bir xanım kimi də xarakterizə edib. O, M.Əliyevanın ictimai-siyasi həyatında qazandığı fundamental uğurların mənsub olduğu nəslin dəyərli nümayəndəsi olaraq həyatda qazandığı uğurlarındakı psixoloji təsirlərin təbii təsirlərini də araşdıraraq elmi-psixoloji nəticəyə gəlir. Müəllif qeyd edilən məqaləsində “...Xalqların, millətlərin, bütövlükdə bəşəriyyətin emansipasiya tarixində seçilən şəxsiyyətlərin rolu danılmazdır. Şəxsiyyət və zaman münasibətləri qarşılıqlı səbəbiyyət əlaqələrini özündə ehtiva etməklə fərqli məqamlarda biri digərini şərtləndirir. Bir sıra hallarda zaman şəxsiyyəti seçdiyi və yetişdiyi kimi, bəzən də şəxsiyyət zamanı seçir və zaman yaradır. İnsan taleyüklü əməlləri ilə tarixliləşir, zamanlaşır və dövrləşir. Tarixi dövrlərin bəzən insan adları ilə bağlı olduğu təsadüfi deyildir. Xalqların tarixində, onlara taleyüklü dönəmlərdə zaman-zaman töhfələr verən, onun xidmətdarı olan elə nəsillər vardır ki, onlar bir neçə onilliklər ayrı-ayrı tarixi mərhələlərdə mənsub olduğu millətin qarşılaşdığı ağrılı transformasiya şəraitini hiss edərək bu çətin xilaskar missiyanı öz üzərinə götürmüş, milli dirçəlişi, varlığı hifz etmişlər. Digər millətlər kimi Azərbaycan da tarixən kataklizmlərdən yan keçə bilməmiş və məhz bəhs etdiyimiz tarixi şəxsiyyətlərin vətəndaşlıq mövqeyi, tarixi vəzifəsini dərk etməsi sayəsində millətlər içərisində imza sahibi olmuşdur”, deyərək yazır: “Çox da uzaq tarix olmayan 90-cı illər xalqımızın tarixində böyük sınaq dövrü kimi diqqət çəkir. Həmin dövrdə öz tarixi missiyasını hiss edən, ölkəsinin başı üzərində qara buludlar olduğunu hiss edən görkəmli dövlət xadimi H.Əliyev xalqın hüznünə qatıldı, onu bədbin durumdan, milli depressiyadan xilas edərək özünəinamlı, gələcəyə baxan bir psixoloji duruma gətirdi. Azərbaycanı daxili münaqişələr, siyasi qarşıdurmalar, bütün qonşularının düşmənçiliyini və bir qonşusu ilə də müharibə vəziyyətini qəbul edən Heydər Əliyev bütün daxili ziddiyyətlərə, qonşularla düşmənçiliyə və Qarabağ cəbhəsində müharibəyə son qoyaraq, Azərbaycanı dünya arenasında tanınan, sayılan, iqtisadi cəhətdən sürətlə inkişaf edən, regionun qüdrətli bir lider dövlətinə çevirdi. Onun bu xidmətlərnin nəticəsi idi ki, ölümündən sonra xalq öz Prezidenti kimi uşaqlıqdan onun tərbiyəsi, təlimi ilə böyümüş, o insandan dərs almış bir insanı yerində görmək istədi və sonradan da dönə-dönə onlarla alternativ namizədlər arasından, ancaq bu insanı seçdi. Və həmin insan - İlham Əliyev xalqın bu inamını həqiqətən doğrultdu: gecə- gündüz yatmayıb atasının miras qoyub getdiyi o müstəqilliyi, əmin-amanlığı, asayişi, xalqın rifahını birə on qat artırdı. Xalqın nəinki xarici düşmənlərə qarşı, eləcə də daxili düşmənlərinə qarşı - harınlamış, xalqa yuxarıdan aşağı baxan məmurlara qarşı amansız olması, özünü “xalqın ağası yox, qulluqçusu” elan etməsi, ad günlərini, əziz günlərini dəbdəbəli saraylarda möhtəşəm atəşfəşanlıqlar altında deyil, döyüş bölgələrində, qaçqın şəhərciklərində, sadə xalq arasında keçirməsi - onu bu xalqın həqiqi qəhrəmanına, idealına çevirdi”.
BDU-NUN DOSENTİNİN MEHRİBAN ƏLİYEVA HAQQINDA ELMİ MƏQALƏSİ TÜRKİYƏ MƏTBUATINDA
Müəllif daha sonra yazır: “Bu ailənin bütün ruhu, canı, qanı ilə xalqa xidmət etməyə həmişə hazır bir ruhda tərbiyə almasının, yetişməsinin bir xüsusiyyəti də onda özünü büruzə verdi ki, nəinki İlham Əliyev, hətta onun xanımı və övladları da bütün şəxsi həyatını, istirahətini bir kənara qoyub, gücü çatan şəkildə bu xalqa xidmət etməyə başladı. Təsadüfi deyil ki, hələ heç bir dövləti vəzifə daşımadığı vaxtlarda xalqın sadə, köməksiz nümayəndələri, xüsusən qadınlar Mehriban xanım Əliyevaya üz tutur, oz sosial, məişət problemləri ilə bağlı ona müraciətlər göndərirdilər. Və hamı da görürdü ki, Mehriban xanıma edilən müraciətlər cavabsız qalmır, ən yüksək səviyyədə müsbət həllini tapır. Bütün bu xidmətlərinə görə o, 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiri təyin edildi, 2006-cı ildən ISESKO-nun xoşməramlı səfiri adına layiq bilindi, 2005-ci ildən Millət Vəkili seçildi”.
Mehriban xanım Əliyevanın beynəlxalq arenada Azərbaycanı necə təmsil etməsini müəllif məqaləsində belə təsvir edir: “...Xarici ölkələrdə birinci ledilərin necə bir dəbdəbəli həyat tərzi keçirməsi, digər ölkələrin birinci lediləri ilə bahalı aksesuar bəhsinə çıxmaları hamımızın gözü önündədir. Azərbaycanın birinci ledisi isə bütün bu dəbdəbələrdən və şöhrətpərəsliklərdən uzaq bir formada, sadə bir Azərbaycan qızı, qadını obrazında, xalqı üçün çalışır, onun ağrı-acılarına həmdəm olurdu, şəxsi həyatını xalqına həsr edirdi. Ulu şəxsiyyət Heydər Əliyev xalqına təkcə əmin- amanlıq, müstəqillik, firavanlıq miras qoyub getmədi. Həm də bu xalq, dövlət üçün həyatını qurban verməyə hazır olan bu cür ailə üzvlərini qoyub getdi. Bütün bunlar Heydər Əliyevin uzaqgörənliyini, insan tanıma qabiliyyətini, pisi yaxşıdan seçə bilmək istedadını bir daha sübut edirdi. Belə ki, bu ailəyə gələcək gəlin də, bu ailə ruhda, tərbiyədə, əqidədə olmalı idi ki, bu ailənin gələcək nəsli də həmin ruhun daşıyıcısı olsun. Hələ gənc yaşında olan Mehriban xanım da, İlham Əliyev də həmin xüsusiyyəti görmüş, və onun ata-anası da bu izdivaca xeyir-dua verməklə, Azərbaycanın gəəcəyinə belə bir töhvə vermiş oldular. Və Mehriban xanım Əliyevanın Əliyevlər ailəsi ilə eyni ruhlu, əqidəli insan olmasını da, onun öz ailəsinin bioqrafiyası, xidmətləri, bu vətənə bağlılığı aydın göstərir. Mehriban xanımın babası böyük ədibimiz Mir Calal Paşayev hər bir azərbaycanlıya böyük vətənpərvərlik ideayalarını təbliğ edən, ali duyğular aşılayan böyük ədib, yazıçı kimi yaxşı tanışdır. Onun “Bir gəncin manifesti” əsərinin qəhrəmanlarından olan kasıb Sona xalanın son ümid yeri olan ata-babadan yadigar qalan qədimi xalçanı bazara çıxarıb satmaq istəyərkən, bir əcnəbi xalçanı alıb, xaricə aparmaq üçün böyük məbləğdə pul təklif etsə də, qadın milli qürurunu hər şeydən uca tutaraq, sonradan aforizmə çevrilən məşhur ifadəsini deyir: “İtə ataram, yada satmaram”. Və beləcə ac qalır, amma bu xalqın heç köhnə xalçasının belə hansısa əcnəbinin alıb aparmasına, özününküləşdirməsinə razı olmur. Və özü də bunlar hamısı boş pafos, kabinetdə ortaya çıxan yazıçı fantaziyasının məhsulu yox, öz həyatı ilə bütün bunları yaşamış bir insanın beyninin məhsulu, əqidəsinin təcəssümüdür. Belə ki, yəqin çox az adam bilir, Mir Cəlal müəllim tək qələmi ilə deyil, həm də vətənin ağır vaxtlarında - İkinci Dünya Müharibəsi illərində silahı ilə bu xalqın düşmənləri ilə vuruşmuş və döyüşlərdə göstərdiyi rəşadətlərə görə neçə-neçə orden və medallarla təltif olunmuşdu”.
İmdad Bayramov məqaləsində Mehriban xanım Əliyevanın daşıdığı dövləti vəzifədə necə həssaslıqla çalışdığını özünəməxsus çalarlarla təsvir edərək belə yazır:
“...Bu gün Mehriban xanım yüksək bir dövləti vəzifə daşıyır - Azərbaycan Respublikasının birinci vitse-prezidentidir. Bu, həm bütün dünyaya Şərq qadınının nələrə qadir olmasını, gücünü, əqdəsini nümayiş etdirir, həm də iki insanın bu cür ideal ailə vəhdətinin, məhəbbətinin, etibarının, dostluğunun xalqın maraqları ilə necə uzlaşdığını aydın göstərir. Məşhur bir aforizmdə deyilir: “Hər bir güclü kişinin arxasında, güclü bir qadın dayanır!”. Həyatının bütün ağır, keşməkeşli illərində yanında bu cür cəsarətli və ağıllı həyat yoldaşını görmək nəinki bir tək İlham Əliyevə güc, qüvvə verib, bu gün bu ideal vəhdət həm də xalqa bir əminlik, güvən, qüvvə verir. Xalq əmindir ki, öz taleyini, gələcəyini, ölkəsinin müqəddəratını - hansısa təsadüfi insanlara yox, bütün varlığı, ruhu ilə bu xalqa bağlı olmuş, ona xidmət etmiş iki böyük nəslin nümayəndələrinə etibar edib... Və onların vəhdəti bütün xalqı da bir araya gəlməyə, daim bir-birinin yanında olmağa, bu ölkəyə xidmət etməyə, dövlətin maraqlarını bütün şəxsi həyatından, maraqlarından öndə tutmağa ruhlandırır, onlara örnək olur”.
Onu da xatırladırıq ki, dəyərli alim, Bakı Dövlət Universitetnin dosenti, Psixologiya uzrə fəlsəfə doktoru İmdad Bayramovun adı çəkilən məqaləsi “Təzadlar” qəzetinin 10 mart 2019-cu il tarixli sayında dərc edilib.
Müəllifi bu uğurlu elmi məqaləsinə görə təbrik edirik!
***
“Turan-Sam” dərgisi barədə:««TURAN-SAM» dergisi 3 ayda bir (jurnal versiyası.RED.), yılda dört kez olmak üzere yayınlanmaktadır, 11 yıldan beri düzenli olarak yayımlanmaktadır. Uluslararası Bilimsel ve Alan Endeksli bir dergidir. TURAN-SAM Uluslararası Endeksli Dergimizi tarayan dünyaca ünlü endeksler ve veri tabanları: Pro-Quest(ABD), Ulrich’s WEB(ABD), Google-Scholar(ABD), ICI-Index Copernicus International(Polonya/AVRUPA BİRLİĞİ), DergiPark-Akademik(Türkiye), DAIJ, OAJI, Global Impact Factor, ResearchBib, SIndex, CiteFactor, JournalInformatics, BASE, PubGet, Index Scholar, Region-Hovedstaden, SOBIAD, AsosIndex, AcarIndex, Araştırmax, TopluKatalog-TÜBİTAK, AkademikDİzin, Türk Eğitim Endeksi, CEEOL, JournalIndex, DRJI, OpenAıre, WorldCat vs. gibi birçok ulusal ve uluslararası 30 küsür yerli ve yabancı endeks tarafından taranıyor ve endeksleniyoruz. Önemli Not: Dergimizde yayımlanan makaleler için Akademik Yükselmeler için ve Yüksek Öğrenim Kurumu-YÖK Başkanlığı’ndan Akademik Teşvik Ödeneği için müracaatta bulunabiliyorsunuz. Ayrıca dergimiz 11. Yılını doldurduğu için alan endekslerince taranan ve 5 yılını doldurmuş dergi statüsündedir. Doçentlik Başvurularında (Ekim/2018 Kriterlerine göre), Dergimizde yayımlanan tek yazarlı bir makale için"5" puan alabilirsiniz. 2018 Yeni Akademik Teşvik Kriterlerine göre ise yine tek yazarlı bir makalenin size "6" puan getirisi bulunmaktadır. Ayrıntılar için lütfen tıklayınız: http://www.turansam.org/dergi.php
Saygılarımla, Doç. Dr. Elnur Hasan MİKAİL, TURAN-SAM Kurucu Genel Başkanı, Kars Kafkas Üniversitesi
İktisadi ve İdari Bilimler Fakültesi
Siyaset Bilimi ve Uluslararası İlişkiler Bölüm Başkanı. Merkez Kampüs, 36100/Kars
E-Posta: [email protected]»”.
A.Məmmədli



Fikrini bildir