SON XƏBƏRLƏR
«Təzadlar»ın saytına xaker hücumu-ÜNVAN BƏLLİDİR

Yazının dərc olunma Tarixi: 26/4/2019

«Təzadlar»ın saytına xaker hücumu-ÜNVAN BƏLLİDİR
«"TƏZADLAR" YAZDI, ƏDALƏT MURADOV SÖZÜNÜ GERİ GÖTÜRDÜ» yazısına dünəndən başlanan xaker hücumu hələ də səngimir…
Bu barədə Pravdainfo.org-a «Təzadlar»ın şöbə müdiri Elbar Şirinov məlumat verdi. E.Şirinov bildirdi ki, bu problem dünəndən başlayıb: «Məsələ ondadır ki, saytda qeyd olunduğu kimi, bu ilin mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDxUNEC konfransı keçiriləcək. Belə ki, Universitetinin rəsmi saytında aşağıdakı məzmunda rəsmi elan da yerləşdirilmişdir ki, «Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək. Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir. TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər. TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi, 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq. Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir». "Təzadlar" görkəmli dövlət xadimi, həyatını Azərbaycanın bu gününə və gələcəyinə qurban vermiş Heydər Əliyevin adına və ad gününə nəzərdə tutulmuş adı çəkilən konfransın iştirakçılardan adambaşı 15 manatdan pul yığılaraq keçirilməsini sərt tənqid etmiş, qəzetdə isə "ƏDALƏT MURADOV HEYDƏR ƏLİYEVİN AD GÜNÜ KONFRANSINA 15 MANATDAN PUL YIĞDIRIR-ŞOK" başlıqlı yazı da dərc olunmuşdu. Təbii ki, ADİU rektorunun bu hərəkəti, bizə çatan məlumata görə, ən yuxarı dairələrdə kəskin reaksiya ilə qarşılanıb. Etibarlı mənbənin sözlərinə görə, rektor Ədalət Muradovun Ulu Öndərin ad gününə həsr edilən tədbirdən də pul qazanmaq cəhdi Prezident Administrasiyasında qəzəblə qarşılanıb... Və bizim bu yazımızdan sonra universitet rəhbərliyi elanlarına təkzib verdilər, amma daha pis formada... Ardınca iuEləcə də YAP rəhbərliyində də qəti pislənilib və ona ciddi xəbərdarlıq edilib və s. Bu barədə saytda olan yazının oxu sayı bu saatlara 15 mini keçib. Görünür, universitet rəhbərliyinin maraqlarına uyğun olmadığına görə, kimlərsə bu yazıların oxunuşuna mane olmaq üçün belə qanunsuz addıma yol verirblər… Problemin aradan qaldırılması tezliklə təmin ediləcək…
Zaur



Fikrini bildir