SON XƏBƏRLƏR
Bakıda kriminal avtoritet güllələndi

Yazının dərc olunma Tarixi: 7/6/2019

Bakıda kriminal avtoritet güllələndi
Azərbaycanın paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib. "Pravdainfo.org" xəbər verir ki, sözügedən rayonun Polis İdarəsi yerli mətbuata məlumat verib. Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.



Fikrini bildir