SON XƏBƏRLƏR
"ƏDALƏT MURADOV VƏKİL KAMANDAR NƏSİBOV VASİTƏSİLƏ BİZİ ŞANTAJ EDİR"

Yazının dərc olunma Tarixi: 25/9/2019

"ƏDALƏT MURADOV VƏKİL KAMANDAR NƏSİBOV VASİTƏSİLƏ BİZİ ŞANTAJ EDİR"
Asif Mərzili: "Bakı Apellyasiya Məhkəməsi də rektorun müdafiəsində dayandı, amma…"
Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə "Təzadlar" qəzeti redaksiyasının Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirildi.
Belə ki, rektor qəzetin informasiya sorğusunu cavablandırmaqdan imtina etdiyi üçün «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilmişdi. Səbail Rayon Məhkəməsi guya tələb olunan məlumatların universitetin rəsmi saytında olduğunu əsas tutaraq iddianı təmin etməmişmişdi. Nəhayət, məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilmişdi. Məhkəmə prose barədə ətraflı reportaj təqdim ediləcək. Lakin hələlik onu qeyd edək ki, rektor Ədalət Muradov vəkili Kamandar Nəsibovun vasitəsilə qəzeti və redaksiya əməkdaşlarını şantaj edir. Belə ki, bugünkü prosesdə də vəkil Kamandar Nəsibov qəzetə böhtan ataraq guya ADİU-nun sabiq rəhbərliyinin sifarişi əsasında Ədalət Muradovu məhkəməyə vermişik. Tərflər arasında belə bir qalmaqallı dialoq oldu:
Kamandar Nəsibov:
- Mən «Təzadlar» qəzetin məqsədini bilirəm. Axı siz Ədalət Muradovdan nə istəyirsiniz?
Asif Mərzili:
- Əgər sizin elementar vəkil təcrübəniz varsa, bilməlisiniz ki, biz nə istəyirik. İstədiyimiz o nədirsə, onu hazırda bu məhkəmə iclasında yarım saatdır müzakirə edirik… Amma biz sizin məhkəmə iclaslarını uzadaraq Ədalət Muradovun sorğunu cavablandırmasına mane olmaqda məqsədinizi yaxşı bilirik… Çünki siz İqtisad Universitetində özünüzə yaxşı bir iş yeri açmısınız və babat da dolandırılırsınız (Hakimlər bərkdən gülür - RED.). Elə olmasaydı, bir ildir davam edən və 4 sualdan ibarət adi bir sorğunun cavablandırılmasına mane olmazdınız…
- Siz Ədalət Muradovdan iki ildir yazırsınız…
- Möhtərəm hakimlər kollegiyası! Kamandar Nəsibov bu işdən məlumatsız olduğundan bilmir ki, əgər bizim qəzetdə Ədalət Muradovun barəsində 30 məqalə dərc edilibsə, onun 20-si onun özünün və universitetin tərifinə həsr edilib, qalanı isə sorğuya cavab vermədiyindən tənqidinə, yəni bu mövzuya… Məhz belə vəkillərin və rektorun ətrafının «xidməti» sayəsində biz bu yaxınlarda iki əməkdaşımız və biri Moskvadan olan ekspertin iştirakı ilə Kiyevə ezam olunduq. Rektor Ədalət Muradovun Azərbaycanda tapılmayan doktorluq dissertasiyasını və monoqrafiyasını tapıb gətirdik. Buna görə bizə təşəkkür etmək əvəzinə, vəkil hələ bizi şantaj edir…
- Sizin nəyinizə lazımdır onlar?
- Bizə yox, Azərbaycan dövlətinə lazımdır. Çünki bizdə şübhələr var ki, həmin dissertasiyada plagiatlıq var, monoqrafiyada isə Azərbaycan dövlətinin siyasətinin əleyhinə ciddi tənqidlər var. Vermişik araşdırılmaya… Məhz Kamandar Nəsibov kimi vəkillər idi 2011-ci ildə Elşad Abdullayevi indiki kimi müdafiə edirdilər. Sonradan biz Moskvaya getdik və sübut etdik ki, doktorluq dissertasiyası plagiatdır və ləğv edildi… İndi həmin E.Abdullayev xaricdə nə işlə məşğuldur, bunu yaxşı bilirsiniz…
Qeyd edək ki, məhkəmənin qarşı tərəfə təkidindən sonra Kamandar Nəsibov sorğunun 1-ci sualına olan cavabı çantasından çıxararaq hakimə təqdim etdi. Məhkəmə digər 3 sualın cavabının isə digər məhkəmə proseslərində müzakirə edilib Prezident yanında AAKın rəsmi saytında yerləşdirilməsini əsas tutaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Asif Mərzili isə bu qərardan kassasiya şikayəti verəcəklərini bildirdi...
Elçin Məmmədli



Fikrini bildir