SON XƏBƏRLƏR
“Ədalət Muradovun dövlət əleyhinə olan dissertasiyası ləğv edilməlidir”

Yazının dərc olunma Tarixi: 9/11/2019

“Ədalət Muradovun dövlət əleyhinə olan dissertasiyası ləğv edilməlidir”
Asif Mərzili: “Bizdə olan məlumata görə, Azərbaycanda yoxa çıxarılmış, tərəfimizdən Ukraynadan tapılıb gətirilmiş biabırçı doktorluq dissertasiyası ilə bağlı rəsmi səviyyədə araşdırma aparılır”
Ölkə KİV-lərində məlumat verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” (“İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva”) mövzusunda yazılmış doktorluq dissertasiyası ətrafında qalmaqal bitib-tükənmir. Belə ki, Azərbaycanda yoxa çıxarılmış doktorluq dissertasiyası, nəhayət, jurnalistlərin peşəkarlığı və zəhməti sayəsində Ukraynada tapılaraq Azərbaycana gətirilmişdir. “Təzadlar” qəzetinin Araşdırma Qrupu həmin doktorluq dissertasiyasını rusdilli iqtisadçı alimlərin araşdırmasına təqdim etmişdir. Ortaya olduqca ciddi faktlar çıxmışdır. Yenə də KİV-lərdə verilən məlumata görə, Azərbaycanın iqtisadi layihələrinin, eləcə də Azərbaycanın siyasi hakimiyyətinin, dövlətin strateji islahatlarının tamamilə əleyhinə olan doktorluq dissertasiyası Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də digər yüksək statuslu məmurlara göndərilmişdir. Bəs hansısa nəticə vardırmı? Pravdainfo.org-un suallarına “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili cavab verir:
-Asif bəy, araşdırmalarınız olduqca diqqəti çəkəndir və Azərbaycan jurnalistikasında ilkdir... Hansısa nəticə, reaksiya varmı?
-Bu sualla bizə az qala hər gün onlarla müraciət vardır. Hətta toyda, yasda belə məndən, əməkdaşlarımızdan bu məsələni soruşurlar. Təbii ki, bizim jurnalist vəzifəmiz dövlətimizin iqtisadi islahatlarının əleyhinə olan, özü də rus dilində yazılaraq dünyanın elm ictimaiyyətinin ixtiyarına verilmiş belə bir dissertasiyanı tapmaq, ictimailəşdirmək idi. Bunu da etdik. Nəinki etdik, biz həm də həmin dissertasiyanı Azərbaycanda 3 rusdilli tanınmış iqtisadçı alimlərin müzakirəsinə verdik...
-Rəylər necə oldu, gözlənilən idimi? Yəni, şübhələrinizdə yanılmamışdınız ki?
-Maraqlıdır ki, rəylərin üçü də eyni oldu... Bundan sonra biz həmin doktorluq dissertasiyasını Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, təhsil naziri C.Bayramova, PA-nın humanitar şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, DTX-nin rəisi Əli Nağıyevə, hətta vergilər, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarova belə göndərdik...
-Maraqlıdır, DTX rəisi Ə.Nağıyevlə iqtisadiyyat naziri M.Cabbarova niyə?
-DTX rəisi cənab Əli Nağıyevə ona görə göndərdik ki, doktorluq dissertasiyasında məqsədli şəkildə dövlətimizin iqtisadi dayaqlarının əleyhinə olan frazalar var idi, dövlətimiz ələ salınırdı, hətta guya hakimiyyətin məlum naşı, təcrübəsiz siyasəti sayəsində Azərbaycanın tezliklə “Banan respublikası”na çevriləcəyi qənaəti paylaşılırdı deyə, bizdə şübhə var idi ki, Ədalət Muradov bu dissertasiyanı Azərbaycana düçmən ölkə olan Ermənistan alimlərinin təsiri altında, onlarla əməkdaşlıqla yazmışdır... Nazir Mikayıl Cabbarova gəlincə, bizdə məlumat var idi ki, Ə.Muradovun 2014-cü ildə rektor təyinatında onun rolu olmuşdur, istədik ki, Mikayıl müəllim bu məsələyə münasibətini ortaya qoysun...
-Bəs aidiyyəti dövlət orqanlarından hansısa reaksiya varmı?
-Bizdə məlumat var ki, olduqca ciddi müzakirələr olub... Təbii ki, araşdırma aparılaraq qərar qəbul ediləcək, buna şübhəmiz yoxdur. Necə ola bilər ki, ən azından bu dövlətin vəzifəsini tutasan və həm də bu dövlətin əleyhinə dissertasiya yazasan? Üstəlik, bu hakimiyyət, xüsusən də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dövr Ədalət Muradov tərəfindən açıq şəkildə, düşməncəsinə ələ salınır, biabır edilir və s. Özü də doktorluq dissertasiyasında. Özü də rus dilində yazılaraq və yüz minlərlə, bəlkə də milyonlarla elmi ictimaiyyətin, tələbənin diqqətinə çatdırılmaqla...
-Əminsinizmi ki, həmin müraciətinizi və doktorluq dissertasiyasını Prezidentə çatdırıblar?
-Əminəm... Çünki cənab Prezident özü dəfələrlə deyib ki, bəzi məlumatları mətbuatdan oxuyur... İkincisi, biz həmin doktorluq dissertasiyasının PDF diskini və əlavə olunmuş məlumatı, müraciəti sifarişli poçt ilə də göndərmişik... Həmçinin bu barədə məlumatları Prezidentin tvitter, FB səhifəsinə də göndərmişik...
***
Xatırladırıq ki, “Təzadlar”ın Araşdırma Qrupu mübahisələndirilən məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə müraciətində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” (“İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva”) mövzusunda doktorluq dissertasiyasındakı qalmaqala səbəb olmuş sitatları təqdim edib. Fikrimizi əsaslandırmaq üçün doktorluq dissertasiyasından götürülmüş bəzi sitatlara təqdim edirik:
“- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, (1, s. 323).
- Xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).

- Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir - Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir (1, s. 314-315; 2, s. 155).

- Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).

- Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur... Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar (Bu rəqəm düşmənlərimizin arzuladığı ola bilər. Red.) təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni siyasi hakimiyyətə olan inam və ümidlərdən- Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
- Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan (İroniyaya diqqət edin.Red) bir neft kontraktlarıdır... Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydasının ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
- Hakimiyyətin xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasəti ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)
- Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə gələcəkdə Azərbaycan xalqının rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürüləcəkdir (1, s. 295; 2, 142)”.

Təqdim etdi: ZAUR



Fikrini bildir