SON XƏBƏRLƏR
ANTİ-MİLLİ DİSSERTASİYASINA GÖRƏ ƏDALƏT MURADOVA CİNAYƏT İŞİ BAŞLANA BİLƏR

Yazının dərc olunma Tarixi: 25/11/2019

ANTİ-MİLLİ DİSSERTASİYASINA GÖRƏ ƏDALƏT MURADOVA CİNAYƏT İŞİ BAŞLANA BİLƏR
«Təzadlar»ın Araşdırma Qrupu ADİU rektoru Ədalət Muradovun doktorluq dissertasiyası ilə bağlı Azərbaycanın Baş Prokuroru cənab Zakir Qaralova müraciət etdi…
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi, başdan-başa Azərbaycan dövlətinin iqtisadi siyasətinin əleyhinə olan, «Əsrin müqaviləsi»ni ələ salan, səmərəsiz olması barədə geniş subyektiv, qeyri-milli maraqlara xidmət edən fikirlər yer alan “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva») mövzusunda doktorluq dissertasiyasının araşdırılıb hüquqi qiymət verilməsi üçün Azərbaycanın Baş Prokuroru cənab Zakir Qaralova müraciət göndərildi. Müraciətə adı çəkilən doktorluq dissertasiyasının PDF formatda diski və monrqrafiyanın surəti də əlavə olunub.
Müraciətdə deyilir:
Çox hörmətli Zakir müəllim!
Bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradov 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva») mövzusunda doktorluq, 1993-cü ildə isə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin Şah əsəri olan «Əsrin müqaviləsi»ni əsassız olaraq gözdən salmağa çalışan, ölkənin iqtisadi dirçəlişində mühüm rol oynamış və hazırda da rol oynayan belə bir beynəlxalq əhəmiyyətli layihənin ətrafında mənfi rəy yaratmağa çalışan, bunu rus dilində dünya ictimaiyyətinə çatdıran rektor Ədalət Cəlal oğlu Muradovun fəaliyyətinin araşdırılmasına ciddi zərurət vardır. Bizə verilən məlumatlara görə, rektorun 1993-cü ildə müdafiə etdiyi namizədlik dissertasiyasında isə ölkəmizin siyasi hakimiyyətinin, eləcə də dövlətimizin iqtisadi siyasətinin tamamilə əleyhinə olan mətnlər yer almışdır. Diqqəti çəkən budur ki, hər iki dissertasiya işləri Azərbaycanda yoxa çıxarılmışdır və yoxdur. Bizdə ciddi şübhələr vardır ki, Ə.Muradov Azərbaycan dövlətinin iqtisadi-maliyyə rıçaqlarını heçə endirən namizədlik dissertasiyasını 1993-cü ildə, doktorluq dissertasiyasını isə 1998-ci ildə Ukraynada müdafiə etmişdir və rus dilində adi səviyyədə danışan bir şəxsin peşəkar səviyyədə yazılmış doktorluq və namizədlik dissertasiyalarını ortaya qoyması mümkünsüzdür. Bəs o, hansı mənəvi haqla dövlətimizin iqtisadi siyasətini puça çıxaran dissertasiyalar yazmışdır??? Ən dəhşətlisi budur ki, qeyd olunan dissertasiyada istifadə edilərək Azərbaycan dövlətini və siyasi hakimiyyəti səriştəsiz adlandıraraq (hansı ki, həmin illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə idi), Azərbaycanın iqtisadi maraqlarını nəzərə almadan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının mümkünsüzlüyü rəyini yaradan fikirlərin səsləndirilməsi yalnız düşmən ölkənin nümayəndəsinin qələmindən yazıla bilərdi. Güman edirik ki, belə bir doktorluq dissertasiyası dövlətimizin əleyhinə yönəlib və onun müəllifinin barəsində cinayət işi açılmalı, fəaliyyəti əsaslı şəkildə araşdırılmalıdır.
Hörmətli Zakir müəllim!
Fikrimizi əsaslandırmaq üçün doktorluq dissertasiyasından götürülmüş bəzi sitatlara diqqətinizi cəlb etmək istəyirik:
«- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, (1, s. 323).
-Xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).
- Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir.Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir(1, s. 314-315; 2, s. 155).
-Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).
- Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur… Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar (Bu rəqəm düşmənlərimizin arzuladığı ola bilər. Red.) təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni siyasi hakimiyyətə olan inam və ümidlərdən- Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
- Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan (İroniyaya diqqət edin.Red) bir neft kontraktlarıdır… Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydasının ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
-Hakimiyyətin xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasəti ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)
- Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə gələcəkdə Azərbaycan xalqının rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürüləcəkdir (1, s. 295; 2, 142)» və s.

Bunları nəzərə alaraq aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirik.
«Təzadlar»ın Araşdırma Qrupu
(Daha geniş yazı "Təzadlar"ın sabahkı sayında dərc ediləcək)



Fikrini bildir