SON XƏBƏRLƏR
«TƏZADLAR» «EVDƏ QALAN OXUCULARA PULSUZ QƏZET!» KAMPANİYASINA BAŞLADI

Yazının dərc olunma Tarixi: 7/5/2020

«TƏZADLAR» «EVDƏ QALAN OXUCULARA PULSUZ QƏZET!» KAMPANİYASINA BAŞLADI
Son iki gün ərzində əməkdaşlarımız koronavirusla bağlı tətbiq edilən karantin rejiminə əməl edib evdən çıxmayan 100-dən çox ailəyə pulsuz qəzet çatdırıb…
Artıq bir müddətdir bütün dünyanı ciddi narahat edən koronavirus epidemiyası ilə bağlı Azərbaycanda da ən zəruri tədbirlər görülməkdədir. Şükürlər olsun ki, ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin sosial təşəbbüsləri və qəbul etdiyi qərarlar, layihələr, eləcə də Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsləri dəstəkləyən humanitar layihələrə verdiyi töhfələrlə ölkəmizdə qeyd edilən epidemiyanın maksimum qarşısı alınıb. Bunu dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin say azlığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin Prezident İlham Əliyevə ikinci dəfədir göndərdiyi təşəkkür məktubları da təsdiqləyir. Şübhəsiz ki, bütün bunlar vətəndaşların tətbiq edilən rejimə könüllü qoşularaq dəstək verməsi, daha çox evdə qalması sayəsində reallaşıb.
Bildiyiniz kimi, Azərbyacanda tətbiq edilən karantin rejimində daha çox «Evdə qal, salamat qal!» çağırışına riyaət edərək evdə qalan yaşı 65-dən yuxarı vətəndaşlarımız rahatsızdır. Onların daha çox qəzet və kitab oxumağa könül verməsini, TV-lərdən asılılığını nəzərə alaraq «Təzadlar» qəzetinin kollektivi belə kateqoriyadan olan insanlara pulsuz qəzet çatdırmaq təşəbbüsü ilə çıxış edib. Qəzetin baş redaktoru Asif Mərzili bunun indiki vaxtda evdən bayıra çıxa bilməyən ahıl, yaşlı insanlara həm də böyük mənəvi dəstək olduğunu deyir:
- Biz ötən ay bir sıra həmkarlarımıza dostlarımızın və vətənpərvər insanların sayəsində maddi və mənəvi dəstək olduq, ailələrində onlara baş çəkdik. Təbii ki, bu onların sosial durumunun aşağı olmasına görə deyildi, daha çox iş yerlərini, məşğuliyyətlərini müvəqəti itirmiş jurnalist və yazıçılarımıza az da olsa, mənəvi dayaq olmaq demək idi. Redaksiya əməkdaşları ilə müzakirə edərək neçə gün əvvəl qərara almışıq ki, karantin rejiminə görə yaşı 65-dən yuxarı olan və evdən çölə çıxa bilməyən, eləcə də sosial vəziyyəti zəif olan oxucularımıza bu dəfə pulsuz qəzet verək. Çünki orta və yaşlı nəsl internetdən istifadə edə bilmir, onlar əsasən ənənəvi olaraq qəzet və ya kitab oxuyurlar, mütaliə ilə məşğul olurlar. Odur ki, belə oxucularımızdan xahiş edirik, redaksiyanın 012-510-17-74 iş nömrəsinə zəng vursunlar və əməkdaşlarımız mümkün variantda onlara pulsuz qəzet çatdıracaq. Yaxıd, nümayəndələrini göndərsinlər, onlara pulsuz qəzet veriləcək. Bu addım həm də həmin insanlara böyük bir mənəvi dayaqdır, onların unudulmamasıdır, yad edilməsidir. Biz bununla həm də onların evdə qalmasının təmin olunmasına, rejimə əməl etmələrinə əlavə dəstək vermiş oluruq. Artıq iki gündür 100-dən çox ailəyə pulsuz qəzet çatdırılmışdır…
JASMİN



Fikrini bildir