SON XƏBƏRLƏR
TANINMIŞ NAŞİR SƏTTAR MEHBALIYEVƏ NİYƏ ƏSƏBLƏŞDİ?

Yazının dərc olunma Tarixi: 7/8/2020

TANINMIŞ NAŞİR SƏTTAR MEHBALIYEVƏ NİYƏ ƏSƏBLƏŞDİ?
"Qanun" Nəşriyyat Evinin sahibi Şahbaz Xuduoğlu sosial şəbəkədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin iki gün əvvəl Milli Məclisdə məcburi köçkünlərlə bağlı etdiyi çıxışına münasibət bildirib: "...1991-ci ildən Azərbaycan Həmkarlar İttifaqının dəyişməz sədri olan Səttar Möhbalıyev mətbuata açıqlamasında deyib ki: “Qaçqınlar sanatoriyaları tərk edəndə pəncərələri, döşəmələri söküb aparırlar”. Məncə, bir qaçqının 15-20 il yaşadığı otağın döşəməsini aparması nə günahdır, nə də cinayət. Cinayət odur ki, 29 il boyunca Həmkarlar İttifaqının sanatoriyaları dağıdılıb, talan edilib... Düşmən malı kimi yağmalanıb. Əvəzində, Səttar Möhbalıyevin ailə biznesi inkişaf edib, Həmkarlar İttifaqı ailə təsərrüfatına çevrilib. Görünür, qaçqınlar tədricən sığındıqları sanatoriyaları tərk etdikcə, Səttar müəllimin də hesabat vermək vaxtı yaxınlaşır. Yəqin ümid edir ki, 27 ilin cinayətini bu “pəncərə-döşəmə” söhbəti ilə ört-basdır edəcək..."

Pravdainfo.org



Fikrini bildir