SON XƏBƏRLƏR
"RAMİZ MEHDİYEV DEMƏK İSTƏDİ Kİ, MƏN HƏLƏ..."

Yazının dərc olunma Tarixi: 12/9/2020

Xəbər verdiyimiz kimi, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevin "Təzadlar"a açıqlamaları ölkə gündəmini zəbt etdi. Onun vaxtilə yaxşılıq etdiyi, əlindən tutduğu, yüksək vəzifəyə təyin etdiyi bəzi şəxslərin son vaxtlar onu sərt tənqid etməsinə, bəzi hallarda təhqir etməsinə və s. cavab olaraq "Əgər onların barəsində əlimdə olan faktları açıqlasam, onda gərək ölkəni tərk edələr..." kimi cavabı isə əsl şok effekti yaratdı. Bəzi saytlar və KİV-lər akademikin bu açıqlamasını hədələmə, bəziləri güc nümayiş etdirmə və cəmiyyətə meydan oxuma və s. kimi başlıqlarla çıxış edərək vəziyyəti daha da qızışdırdılar. "Təzadlar"ın əməkdaşının akademiklə söhbəti əsnasında təqdim etdiyi bu eksklüziv yazısından 6 saat sonra isə AMEA-nın "Ramiz Mehdiyev heç bir KİV-ə müsahibə verməyib…" başlıqlı məlumatı yaydı. Bəs nə baş verirdi? "Təzadlar"ın baş redaktoru Asif Mərzili "Pravdainfo.org"un bu və ya digər suallarına cavab verdi:
- Məsələ belədir: biz akademik Ramiz Mehdiyevlə telefon söhbətində bəzi məqamlara toxunmuşduq və elə həmin gün qısa, anonsvari açıqlama verdik və xüsusilə qeyd etdik ki, bu, R.Mehdiyevlə ilkin söhbətdir, yaxın günlərdə baş tutacaq geniş müsahibə təqdim ediləcək... Həmin eksklüziv açıqlama ölkə mediasında gündəmi zəbt etdi. İlk dəfə idi ki, Ramiz Mehdiyev PA-dakı vəzifəsindən çıxandan sonra mətbuata açıqlama verirdi, özü də müstəqil, ölkə mətbuatı olan "Təzadlar"a. Açığı, bir sıra media rəhbərləri qısqanclıqdan, bəziləri inciməsinlər, paxıllıqdan, bəziləri başqa maraqlara görə və s. başlığa "Ramiz Mehdiyev "Təzadlar"a müsahibəsində hamıya meydan oxudu", bəziləri eyni başlıqla R.Mehdiyevin kimlərisə hədələdiyini və s. yazmaqla yazılanı olduğu kimi deyil, tamamilə başqa formada təqdim etdilər. Hətta özünü nankorluqda şübhəli göstərən bəziləri açıqlamalar verərək vəziyyəti lap kəskinləşdirdilər. Hətta R.Mehdiyevi onları hədələməkdə günahkar bilənlər özləri onu hədələməyə başladılar və s. Biz əvvəl də yazımızda qeyd etmişdik ki, məqsədimiz cəmiyyətə transfer edilən yaxşılığı itirmə və nankorluq, dönüklük… kimi halları tənqid etməkdir. Necə ola bilər ki, yaxşılıq etdiyin bir adam sonradan sənə düşmən kəsilir, özü də kimlərəsə guya yaxşı görünmək üçün... Nankor hər yerdə və hər zaman hamıya qarşı nankordur... Halbuki, təkrar edirəm, biz xüsusi olaraq vurğulamışıq ki, bu, açıqlamadır, müsahibə deyil... Bundan sonra AMEA açıqlamamızı başa düşməyənlər, yaxud başa düşmək istəməynlər üçün bir məlumat yaydı ki, R.Mehdiyev nə ölkə, nə də xarici mətbuata hələki müsahibə verməyib...
- Bəli, buna aydınlıq gətirsəniz yaxşı olardıı...
- Təəssüf ki, əvvəl qeyd etdiyim bəzi KİV-lər və saytlar yenə də qeyri-peşəkarlıq nümayiş etdirərək başlığa "Ramiz Mehdiyev təkzib etdi...", yaxud, "Təzadlar"ın yalanı çıxdı" və s. kimi naşı, qərəzli məlumatlar yaydılar. Və təqdimatda da AMEA-nın məlum məlumatını olduğu kimi deyil, paxıllıqdan konteksdən çıxararaq elə vermişdilər ki, belə çıxırdı ki, ümumiyyətlə, guya yazdığımız yalan imiş. Bu qədərmi qeyri-ciddilik… Halbuki, AMEA-nın həmin açıqlamasında bir daha, özü də biz yazandan daha ətraflı qeyd edilirdi ki, akademik "Təzadlar"ın əməkdaşı ilə söhbət edib, o, filan məsələrlə bağlı bunları deyib və s... Amma "Yeni Müsavat", "Azpolitika", konkret.az, "Unikal.az" və sair saytlar peşəkar yanaşdılar, xəbəri qərəzsiz yaydılar ki, bəli, R.Mehdiyev "Təzadlar"a açıqlama verib, hələki müsahibə verməyib, yaxın günlərdə bu da olacaq... Hətta məni ""Müsavat-TV"yə canlı efirə dəvət etdilər, hər bir suala 1 saat ərzində cavab verdik... Aparıcı Sevinc Telmanqızı peşəkar media əməkdaşı olaraq canlı yayımda bir daha dedi ki, "Təzadlar" R.Mehdiyevlə bu açıqlaması ilə ölkə gündəmini zəbt etdi, bir ilkə imza atdı və s.
- Sualın əsas hissəsinə cavab verilmədi...
- Başa düşdüm: əslində, R.Mehdiyev "Mən müsahibə verməmişəm..." deməsi ilə bəzilərinə demək istəyirdi ki, cənablar, mən hələ müsahibə verməmişəm belə narahatsınız, görün müsahibə verəndə nə olacaq... Yəni, müsahibə verib bəzi mətləbləri açıqlasam, baş götürüb ölkədən qaçmalı olacaqsınız... Düşünürəm ki, AMEA-nın da yaydığı məlumatında əsas mesaj bu idi...
- Bəs müsahibə baş tutacaqmı bu qalmaqallardan sonra?
- Əslində, elə bu qalmaqallardan sonra müsahibə baş tutmağa layiqdir... Olduqca maraqlı suallarımız var... İnanıram ki, akademik Ramiz Mehdiyev yaxın günlərdə bu müsahibəni verəcək…
M.Məmmədli



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31