SON XƏBƏRLƏR
LAVROV KREMLİN ƏSL MƏQSƏDİNİ AÇIQLADI-SON DƏQİQƏ-TƏCİLİ

Yazının dərc olunma Tarixi: 14/10/2020

LAVROV KREMLİN ƏSL MƏQSƏDİNİ AÇIQLADI-SON DƏQİQƏ-TƏCİLİ
«Təzadlar» Rusiyanın «RİA Novosti» xəbər agentliyinə istinadən bildirir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Dağlıq Qarabağdakı vəziyyətə dair məsələnin son detallarını açıqlayıb və bildirib ki, siyasi tənzimləmə mövcud razılaşmaların tətbiqi ilə bərabər paralel getməlidir. Sitat: «Политическое урегулирование в Нагорном Карабахе должно идти параллельно с воплощением уже имеющихся договоренностей, заявил глава МИД России Сергей Лавров».
Nazir deyib ki, həmsədrlərin işlədiyi və işləməyə davam etdikləri təkliflər danışıqlar masasındadır. Onların məzmunu onsuz da bəllidir. Bu, Qarabağın təhlükəsizliyinə zəmanət verilməsi ilə Qarabağ ətrafındakı ərazilərin mərhələli, tədricən azad edilməsindən, hansı ki bu asılıdır Qarabağın son statusunun təyin edilməsi ilə Ermənistanla Qarabağ arasındakı etibarlı əlaqələrin təmin edilməsindən: «Предложения, которые сопредседатели прорабатывали и продолжают прорабатывать, остаются на столе переговоров. Их содержание уже известно. Это поэтапное, постепенное освобождение районов вокруг Карабаха при соблюдении гарантий безопасности Карабаха и при обеспечении, до того как будет определен окончательный статус Карабаха, надежной связи между Арменией и Карабахом", — сказал он в интервью российским журналистам».
***
Diqqət edirsinizmi, Lavrov yenə də Ermənistanla Qarabağın etibarlı, möhkəm əlaqələrinin vacibliyini, bunun isə Qarabağa son statusun verilməsindən asılılığının vacibliyini önə çəkir.
İndi sual yaranır: cənab Lavrov, Ermənistan 30 il idi Azərbaycanın ərazilərini rus tank və silahları ilə işğal altında saxladı, dinmədiniz, heç narahat da olmadınız. Dinc əhalimizi qətlə yetirdi, susdunuz, Xocalı soyqırımını törətdi, yenə susdunuz… Və bu işğal 30 ildir davam edirdi, bir qəhrəman-işğalçı erməni mifi yaradıb Azərbaycanı təhlükədə saxlayırdınız. Və heç bir vaxt Azərbaycanın təhlükəsizliyini düşünmədiniz. Amma indi Ermənistan məğlub durumda ikən, təslim olarkən onun təhlükəsizliyi yada düşdü? Bəs Gəncə terroruna kim cavab verməlidir???
Azərbaycan ictimaiyyətinin və Ordusunun qənaəti isə budur ki, qeyd edilən o masa 30 il idi kabab0-tutovka masası idi, indi təslimçi Ermənistanın danışııqlar masası ola bilər. Bir şərtlə ki, Qarabağın statusu olmamaqla, Türkiyə və ən azı Rusiyanın nəzarəti ilə danışıqlar başa çatsın, Qarabağ erməniləri isə Azərbaycan vətəndaşlıq pasportunu əldə edərək öz vətəndaşlarımızla eyni hüquqlara malik olurlar, Azərbaycan beynəlxalqş hüquqlara söykənərək bu təhlükəsizliyə təminat verir.
Nəhayət, göründüyü kimi, Lavrov yenə də Qarabağın Ermənistanla sıx və etibarlı əlaqələrini önə çəkir. Sual olunur: Qarabağ Azərbaycanın ərazisidirsə və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bəs onda niyə Qarabağın Azərbaycanla sıx və etibarlı əlaqələrinin təmin edilməsindən danışılmasın?
Bax indi cavabı tapılmalı sual budur və Lavrov da buna cavab verməlidir.

Asif Mərzili
P.S.Kreml həm də bilməlidir ki, bu danışıqlar prosesində Türkiyə mütləq qaydada iştirak etməlidir. Sübut: Rusiya, Fransa və ABŞ 30 ildir bu problemi həll edə bilmirdi, amma Türkiyə bu dəfə prosesə qoşulan kimi məsələ həllini tapdı, ipəyatmaz Paşinyan və Ermənistan yerə yatdı...



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31