SON XƏBƏRLƏR
«TƏZADLAR"DAN MÖHTƏŞƏM UĞUR: ŞUŞA MƏQALƏMİZ AVROPA ENSİKLOPEDİYASINDA

Yazının dərc olunma Tarixi: 27/10/2020

«TƏZADLAR"DAN MÖHTƏŞƏM UĞUR: ŞUŞA MƏQALƏMİZ AVROPA ENSİKLOPEDİYASINDA
Bu araşdırma məqaləsi həm də «TRT Ajans»ın Avropa səhifəsində rus dilində yerləşdirilib…
Tanınmış politoloq Rövşən Novruzoğlunun və jurnalist Asif Mərzilinin birgə imzası ilə Şuşanın qədim tarixi barədə rəsmi sənədlər əsasında hazırlanmış və bu gün «Təzadlar» qəzetində dərc olunmuş və qəzetin rəsmi saytında yayımlanmış araşdırma məqaləsi dünya ensiklopediyası olan vikipediyada ingilis dilində yerləşdirilmişdir. Həmin məqalə həm də «TRT Ajans»ın Avropa yayım səhifəsində rus dilində yayımlanmışdır.
Bu barədə «Təzadlar»ın baş redaktoru Asif Mərzili məlumat verdi:
- Hesab edirəm, «TRT Ajans» prezidenti, sayın Salih Kurta bu möhtəşəm işinə görə Azərbaycanımız adından dərin minnətdarlıq etmək ixtiyarındayam. Çünki indiyədək ermənilərin Qarabağın tarixi, Şuşanın keçmişi barədə xarici dillərdə yayımladıqları saxta məlumatların əziyyətini çəkməkdəyik. Salih Kurt əsl vətənpərvərlik-qardaşlıq nümunəsi göstərərk bu gün «Təzadlar» qəzetində yayımlanmış və Qarabağın mərkəzi, ürəyimizin odu olan Şuşanın tarixi barədə çox dəyərli araşdırma məqaləmizi dünyanın (Avropanın) ensiklopediyası olan vikipediyada ingilis dilində, eləcə də «TRT Ajans»ın Avropa yayım portalında rus dilində yayımlanmasına nail olmuşdur. Onun redaksiyamızın elektron poçtuna göndərdiyi məktubundan məlum olur ki, Şuşa barədə bu ensiklopedik məqalənin Avropa vikipediya arxivinə salınması zamanı bəzi təzyiqlərlə üzləşib, lakin o, bunların hamısını dəf edərək istəyinə nail olub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətini göstərib. Bir daha Salih bəyə dərin təşəkkürümü bildirəm…
***
Xatırladırıq ki, Şuşa haqqında adı çəkilən ensiklopedik mahiyyət kəsb edən «Əsirlikdə olan Azərbaycan abidələri: Şuşa» adlı məqalədə Şuşanın maddi-mədəniyyət nümunələri və tarixi rəsmi sənədlər, arxiv materialları və s. əsasında tarixlər göstərilməklə, Şuşadakı yerləşmə nöqtəsinədək, ayrıca təhlillə verilmişdir.
Məqalədə Şuşanın memarlıq abidələri isə xüsusi əhəmiyyət və diqqət daşıyıcısıdır. Sitat: «Qala divarları (1750-ci il), Pənah xanın sarayı( XVIII əsr), Qara Böyükxanım bürcü (XVIII əsr), Heydər türbəsi (XIX əsr), Hacı Qulunun malikanəsi (XIX əsr), Natəvanın evi (XIX əsr), Əsəd bəyin evi (XIX əsr), Yuxarı Gövhərağa məscidi (1768-1769-cu illərdə inşa edilmiş, 1837-1838-ci illərdə əsaslı təmir edilmişdir), Aşağı Gövhərağa məscidi (XVIII əsrdə inşa edilmiş, 1874-cü ildə əsaslı təmir edilmişdir), İkimərtəbəli karvansara (XIX əsr), Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), İbrahim xanın bürcü (XVIII əsr), İsa bulağı (XIX əsr), İbrahim xanın qəsri (XVIII əsr).
ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU
Üzeyir Hacıbəyovun evi (XIX əsr), Xanlıq Muxtar karvansarası (XVIII əsr), Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası (XIX əsr), Zülfüqar Hacıbəyovun evi (XIX əsr), Saatlı məscidi
(M.P. Vaqifin ilk dərs dediyi mədrəsə) (XIX əsr), Gəncə qapısı (XVIII əsr), Ə. Haqverdiyevin evi (XVIII əsr), Qazançı kilsəsi (XVIII əsr), Y.V. Çəmənzəminlinin evi (XVIII əsr), Yuxarı Gövhərağa məscidinin mədrəsəsi (XVIII əsr), Səfərov qardaşlarının karvansarası (XVIII əsr), Sadıqcanın evi (XVIII əsr), Uğurlu bəyin evi (XVIII əsr), Xan sarayı (XVIII əsr), Şirin su hamamı (XVIII əsr), Seyid Şuşinskinin evi (XIX əsr), M.P. Vaqifin türbəsi (XX əsr), Qasım bəy Zakirin evi (XVIII əsr), Aşağı Gövhərağa məscidinin mədrəsəsi (XVIII əsr), Behbudovların evi (XVIII əsr), Firudin bəyin evi (XVIII əsr), M.M. Nəvvabın evi (XVIII əsr), Bülbülün evi (XIX əsr), F.B. Köçərlinin evi (XIX əsr), Hüseyn bəyin evi (XVIII əsr), Keçəçi oğlu Məhəmmədin evi (XIX əsr), Karvansara (XVIII əsr), Gəray Əsədovun evi (XVIII əsr), S.S. Axundovun evi (XIX əsr) C. Qaryağdıoğlunun evi (XVIII əsr),
ARXEOLOJİ ABİDƏLƏR
Kurqan (Tunc dövrü), Şuşa və Şuşakənd daş qutu qəbirləri (Son tunc və ilk dəmir dövrü), Şuşa mağara düşərgəsi (Daş dövrü), Daş qutu nekropolu (Dəmir dövrü), Nekropol (Son tunc və ilk dəmir dövrü) və s».

Məqalənin sonunda «Təzadlar»dan xarici oxuculara xüsusi əhəmiyyət kəsb edən bir xatırlatma da verilib: «Göründüyü kimi, tarixi abidələr və mədəniyyət nümunələri, tanınmış tarixi şəxsiyyətlər arasında bir erməni adına və nişanəsinə rast gəlinmir. Elə isə, Şuşa və Qarabağ necə erməni torpağı ola bilər? Bir tarixi faktı da qeyd edək ki, ermənilər Qarabağa İran-Rusiya müharibəsindən sonra-1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra köçürülmüşlər. Ermənilər 1978-ci ildə Xankəndidə Qarabağa köçürülmələrinin 150 illiyi münasibəti ilə bağlı bir abidə kompleksi də inşaa etmişdilər. Lakin 1988-ci ildə başlanan saxta torpaq iddialarının fonunda dərhal bu abidələri söküb dağıtdılar. Çünki bu abidə bir daha sübut edirdi ki, ermənilər Qarabağa 150 il əvvəl köçürülüblər, Qarabağ heç bir halda erməni yurdu ola bilməz!».
Bir daha istəkli Salih Kurta bu möhtəşəm işinə görə dərin təşəkkürümüzü bildirməklə, aşağıda hər iki xarici yayım mənbələrin linkini təqdim edirik:
Təqdim etdi: JASMİN
(https://en.wikinews.org/wiki/Azerbaijani_monuments_in_captivity:_Shusha_district)
LİNKLƏR AŞAĞIDA:

1. My Webpage

https://trtajans.eu/66-education-career/guide/566-shusha-district.html

2. My Webpage



Fikrini bildir