SON XƏBƏRLƏR
Əli Həsənov Azərbaycana GƏTİRİLDİ

Yazının dərc olunma Tarixi: 18/1/2021

Əli Həsənov Azərbaycana GƏTİRİLDİ
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.

Pravdainfo.org xəbər verir ki, bu barədə bizim.media məlumat əldə edib.

Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda və gizli fəaliyyət göstərməkdə idi.

Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı.

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun "sağ əli" idi.



Fikrini bildir