SON XƏBƏRLƏR
Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulub, Rusiya isə susur

Yazının dərc olunma Tarixi: 15/7/2021

Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulub, Rusiya isə susur
Bu gün- iyulun 15-də gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bildirim ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında oxudum. Məlum olur ki, Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
***
...Sual yaranır: "atan kazaklardırmı"? Yacxud, başqa bir sual: əgər atan "kazaklar" yox, erməni hərbi birləşmələridirsə, onda Rusiyanın Qarabağdakı sülhməramlı birləşmələrinin nə azarı və vəzifəsi?! 1994-cü ildə Qarabağda sülh yaratmaq istəyən ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və fərsizliyi indi Rusiyanın Qarabağa sülh yaratmaq adı ilə gəlmiş hərbi birləşmələrinə aid deyilmi? Rusiya Qarabağa ildırım sürətilə-30 illik arzusunu bayram edərək gəldi. Bəs indi nə baş verir?
Hesab edirəm, Azərbaycanla Türkiyə arasında bağlanmış Şuşa Bəyənnaməsindən sonra Qarabağda atəşkəsin ermənilər tərəfindən (bu da dəqiq deyil ki, ermənidə o cəsarət olsun) ardıcıl olaraq pozulması intensivləşib. Rusiyanın bu məsələyə rəsmi mövqeyi olmasa, Türkiyə birmənalı olaraq bölgəyə öz qoşunlarını yeritməlidir. Və təbii ki, iki qoçun başı bir qazanda qaynaya bilməz və Rusiya bölgədəki missiyasına son verməlidir...
Asif MƏRZİLİ



Fikrini bildir
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30