SON XƏBƏRLƏR
KASSAK RƏHBƏRİ SALİH KURT 15 İYUL FİLMİNDƏ MƏSLƏHƏTÇİ OLDU

Yazının dərc olunma Tarixi: 10/8/2021

KASSAK RƏHBƏRİ SALİH KURT 15 İYUL FİLMİNDƏ MƏSLƏHƏTÇİ OLDU
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) rəhbəri Salih Kurt Türkiyədə 2016-cı ilin 15 İyulunda baş vermiş dövlət çevrilişinə cəhddən bəhs edəcək "Yerə Düşən Qan" filminində məsləhətçi olacaq.
Salih Kurtun Türkiyənin müvafiq dövlət orqanlarından və xüsusən də Türkiyənin Prezident Adminstrasiyasından bununla bağlı lazımi təsdiqləri alması barədə qardaş ölkənin KİV-ləri və TV-ləri məlumatlar yayımlayıb. Məlum olur ki, 15 İyul terroru və xəyanətkar çevriliş cəhdinin edildiyi barədə Türkiyə Prezidenti sayın R.T.Ərdoğanın tapşırığı ilə çəkiləcək "Yerə Düşən Qan" adlı ilk bədii filmində Salih KURT "Layihə Müşaviri" rolunu oynayacaq.
KASSAK RƏHBƏRİ SALİH KURT 15 İYUL FİLMİNDƏ MƏSLƏHƏTÇİ OLDU
KASSAK (Qarabağ Müharibəsi Cinayətləri Araşdırma Komissiyası) Başçısı Salih Kurt bu barədə "Təzadlar"a əlavə olaraq bunları söylədi: "İnanıram ki, özümün və KASSAK-ın Başçısı olaraq komissiyamızın belə bir tarixi filmdə geniş şəkildə işıqlandırılması və yer alması hörmətli komissiya üzvlərimizin beynəlxalq aləmdə daha səmərəli işləməsinə imkan verəcək... Bilirsiniz ki, təcavüzkar Ermənistan uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlamışdır, Qarabağa terrorçuluq niyyəti ilə təcavüz etmişdir... Şükürlər olsun, Azərbaycanın igid əsgərləri Ali Baş Komandamız sayın İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində gedən ağır savaşda bu işğala son verdi... Bununla da Ermənistanın təcavüzünə və işğalçılığı nöqtələndi, məkrli düşmənin tarixi arzuları yerlə bir oldu... Türkiyədə də düşmənlərimiz 15 İyulda dövlət çevrilişinə cəhd etmişdilər. Mən də bu cəhdin qarşısının alınmasında mücadilə edənlərdən oldum... O ağrılı-acılı günləri əks etdirəcək "Yerə Düşən Qan" bədii filminin tariximizin bu məsuliyyətli anını ifadə edəcək bir sənət nümunəsi kimi faydalı olacağına ümid edirik. Filmin prodüserinə, rejissoruna, komandasına və texniki heyətinə uğurlar arzulayırıq”.
Türkiyə KİV-lərinin yazdığı kimi, KASSAK rəhbəri Salih Kurt Prezident Rəcəb Tayyib Ərdoğanın razılığı ilə bu filmin çəkilişlərində yer alıb. O, "KASSAK Komissiyamızın da qısa bir müddətdə beynəlxalq aləmdəki vəzifələrini layiqincə yerinə yetirməyə başlayacağına tam inanıram", -deyə fikrini tamamladı.
***
Türkiyə KİV-lərində yayımlanan mətnlərdən birinin linkini təqdim edirəm:
15 Temmuz filmine sürpriz danışman
https://www.yeniakit.com.tr/haber/15-temmuz-filmine-surpriz-danisman-1565190.html
KASSAK Başkanı Salih Kurt, 15 Temmuz hain darbe girişiminin anlatılacağı “Toprağa Düşen Kan” filmine danışmanlık yapacak. KASSAK Başkanı Salih Kurt, FETÖ’nün 15 Temmuz hain darbe girişiminin anlatılacağı “Toprağa Düşen Kan” filmine danışmanlık yapacağı öğrenildi. İlgili makamlardan gerekli onayların alındığı, terör ve 15 Temmuz hain darbe girişiminin işleneceği “Toprağa Düşen Kan” adlı ilk sinema filminde KASSAK Komisyonu Başkanı Salih Kurt, “Proje Danışmanı” olarak görev yapacak. KASSAK (Karabağ Savaş Suçlarını Araştırma Komisyonu) Başkanı Kart, konuya ilişkin yaptığı açıklamada“Böylesi önemli tarihi bir sinema filminde Komisyon Başkanı olarak şahsıma ve komisyonumuza genişçe yer verilmesi, birbirinden değerli komisyonumuzun üyeleri için uluslararası sahalarda daha verimli çalışmalarına vesile olacağına inanmaktayım. 15 Temmuz- Toprağa Düşen Kan’ sinema filminin hayırlı olmasını temenni ediyoruz. Filmin yapımcısına, yönetmenine, ekibine ve teknik kadroya başarılar dileriz. Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın onay vermesi ile KASSAK Komisyonumuz da uluslararası sahalarda yakın bir zaman dilimi içerisinde görevini hakkıyla icra etmeye başlayacağına inancım tamdır.” dedi.
Asif Mərzili



Fikrini bildir