SON XƏBƏRLƏR
HƏRBÇİLƏRİMİZ GORUS-KAFAN YOLUNU BAĞLADI: ERMƏNİLƏR ŞOKDA!

Yazının dərc olunma Tarixi: 26/8/2021

HƏRBÇİLƏRİMİZ GORUS-KAFAN YOLUNU BAĞLADI: ERMƏNİLƏR ŞOKDA!
...Dünən Qubadlı istiqamətində ermənilərin sərhədimizə hücum edərək bir hərbçimizi süngü ilə ağır yaralaması artıq Azərbaycana ciddi hərbi siqnaldır. Yəni, bu o deməkdir ki, düşmən yatmayıb, oyaqdır... Azərbaycanın Dövlət Sərhəd Xidməti isə haqlı olaraq əsgər yaralanmasına cavab olaraq dünən axşam saat 23.00-dan Görus-Qafan yolunun Azərbaycandan keçən hissəsini bağlayıb. Hazırda bu dəqiqələrdə belə yolun açılması üçün danışıqlar gedir. Ermənilər Rusiya sülhməramlı arxalarının yanına qaçıb xilas istəyirlər. İndi danışıqlar gedir... Danışıqlar masasında Xankəndində keçiriləcək seçkilərin ləğv edilməsi də mübadilə elementi olaraq istifadə edilə bilər... Ermənistanın ombudsmanı Arman Tatoyan isə şivən qoparıb erməni mətbuatına deyir ki, Gorus-Qafan və Gorusdən Urud kəndinə gedən yolu Azərbaycan əsgərləri bağlayıb. Və bütün dünyaya şivən salıb ki, kömək edin, batırıq... Bununla bərabər, sərhəddimizi qeyri-qanuni keçən hər bir kəs, o cümlədən silahlı erməni əsgəri, ya mülkisi qanundan kənardır, məsuliyyətə cəlb olunmalıdır. Amma Ağdərədə erməni polisi tərəfindən saxlanılan əsgərimiz də var və bu barədə hələki rəsmi açıqlama yoxdur. Bəs bu əsgər hansı statusdadır: hərbi əsirdir, yoxsa qanunu pozmuş vətəndaşdır? İkincisi, Ağdərə Azərbaycan ərazisidir, orada erməni polisi nə gəzir ki, hələ bir əsgərimizi girov da götürür???
Ən pisi odur ki, bütün bunlar Qarabağa sülhməramlı adı ilə gəlmiş Rusiyanın sülhməramlılarının kor olmuş gözləri qarşısında baş verir...
A.Məmmədli



Fikrini bildir