SON XƏBƏRLƏR
PROFESSOR ƏLİ ƏLİRZAYEV REKTOR ƏDALƏT MURADOVA AĞIR İTTİHAMLAR SƏSLƏNDİRDİ

Yazının dərc olunma Tarixi: 27/7/2022

PROFESSOR ƏLİ ƏLİRZAYEV REKTOR ƏDALƏT MURADOVA AĞIR İTTİHAMLAR SƏSLƏNDİRDİ
«Ədalət Muradov rektor gələndən universitetdəki kafedraların başında eksperiment aparmaqla məşğuldur, sonu da görünmür, nə istədiyi bilinmir…»
«Mənim rəhbərlik etdiyim kafedranı ləğv edib yerimə elmi işini demək olar mənim yazdığım keçmiş tələbəmi mənə rəhbər təyin edənə nə ad verəsən?!»
Sabiq millət vəkili, Əməkdar Elm Xadimi, «Şöhrət» Ordenti professor Əli Əlirzayev bu gün «Təzadlar»ın qonağı oldu. Professor Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradov tərəfindən sonu bilinməyən «eksperimentlər»in təhsilə vurduğu sağalmaz yaralardan bəhs etdi. Ə.Əlirzayevin bildirdiyinə görə, universitetdə rektor Ə.Muradov tərəfindən həyata keçirilən islahat adlı dəyişikliklər Azərbaycanın iqtisad elminə və təhsilə ağır zərbədir. , ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir: “Azərbaycanın iqtisadi elmində layiqli yer tutan 9 elmlər doktorunun (onlardan 2-si Əməkdar elm xadimi, 3-ü “Şöhrət” ordenlidir), eləcə də siyasi cəhətdən sınaqdan çıxmış biz bir qrup alimləri “kafedraları birləşdirmək” adı ilə elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq, universitetin Elmi Şurasından kənarlaşdırmaq və onları səlahiyyətlərindən məhrum etməyin məntiqi odur ki, rektor Ədalət Muradov kimdənsə xüsusi tapşırıq alıb… Məgər o bilmir ki, elmin əsası magistraturada yox, bakalavr pilləsində qoyulur??? Mən özüm təqribən 100 elmlər namizədi yetirmişəm, 500-ə qədər elmi əsərin müəllifiyəm. Bəla burasındadır ki, təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir. Başa düşmək çətindir, rektor Ədalət Muradov biz alimlərə niyə bu qədər qısqanclıqla yanaşır?».
Bu və ya digər ittihamları professor Əli Əlirzayevin videomüsahibəsində baxa bilərsiniz (link «TEZADLAR TV»-nin YouTube səhifəsindədir).
Proqramın aparıcısı: A.Məmmədli



Fikrini bildir