SON XƏBƏRLƏR
28 yaşlı gəlin evdən qaçdı – VİDEO

Yazının dərc olunma Tarixi: 15/7/2017

3 uşaq anası evini tərk edib. Gəlinin 9 gündür hara getdiyi bilinmir.. Qadının həyat yoldaşının ona biganə münasibətinə görə bu addımı atdığı iddia olunur.
28 yaşlı gəlin evdən qaçdı – VİDEO
BAKU.WS Xəzər Tv-yə istinadən bildirir ki, Şəmkirdə 28 yaşlı gəlin Bahar İsmayılova bir neçə gündür ki, yaşadığı evdən çıxıb. və getdiyi yer barədə heç kimə xəbər verməyib. Hadisədən bir gün sonra ailəsi və yaxınları qadının itməsi barədə Şəmkir polisinə məlumat veriblər və bundan sonra Bahar İsmayılovanın axtarışına başlanılıb. Yaxınlarının dediyinə görə, qadının gedə biləcəyi bütün ünvanlar axtarılıb, ancaq nəticəsi olmayıb.
Gəlinin bibisi Durna Babayevanın dediyinə görə, qadın evdən qaçarkən 10 ildir birgə yaşadığı həyat yoldaşı Tural İsmayılova ismarıc yazaraq bildirib ki, onu axtarmasın, bir daha evə qayıtmayacaq.
Məsələ ilə bağlı qadının yaşadığı ünvana getsək də, qayınatası Əbülfət İsmayılov çəkiliş etməyimizə razı olmadı. Qayınata bildirdi ki, problemlə bağlı Şəmkir Polisi məlumatlandırılıb və gəlininin axtarışı davam etdirilir. Əbülfət İsmayılov onu da bildirdi ki, Bahar İsmayılovla oğlu arasında elə də ciddi münaqişə olmayıb. Axırıncı dəfə ailədaxili münaqişə 1 il bundan qabaq Rusiyada olub ki, gəlinin də bu səbəbdən evdən qaçması ağılabatan deyil. Əbülfət İsmayılov həmçinin bildirdi ki, gəlini evdən gedərkən özü ilə təkcə paltarlarını və sənədlərini götürüb. Hadisə baş verərkən Rusiyada olan həyat yoldaşı Tural İsmayılov da Azərbaycana gələrək həyat yoldaşının axtarışına başlayıb.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30