SON XƏBƏRLƏR
Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

Yazının dərc olunma Tarixi: 1/3/2016

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Tezadlar.az saytı APA agentliyinə istinadən xəbər verir ki, Komissiyanın üzvü Mehdi Mehdiyevin verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.
Mənbənin sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.
M.Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.



Fikrini bildir