SON XƏBƏRLƏR
70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Yazının dərc olunma Tarixi: 2/3/2016

Ötən il Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətə başlamasının 10 ili tamam olub.
APA-nın məlumatına görə, MHŞ-nin iclasında bildirilib ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb.
İnsan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb. Kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.



Fikrini bildir