SON XƏBƏRLƏR
Xocavənddə düşmən əsgəri məhv edildi

Yazının dərc olunma Tarixi: 15/4/2016

Dağlıq Qarabağakı qondarma rejimin “müdafiə nazirliyinin” yaydığı məlumata görə aprelin 14-dən 15-nə keçən gecə işğalçı qüvvələrin daha bir əsgəri öldürülüb.
Məlumata görə saat 23.20-də təmas xəttinin Xocavənd istiqamətində “Azərbaycan silahlı qüvvələrinin mövqelərindən açılan atəşlə” əsgər Qriqoryan Armen Manveloviç ölümcül yara alıb. Xatırladaq ki, həmin axşam təmas xəttinin Ağdərə-Tərtər istiqamətində düşmən qüvvələrinin 46 yaşlı hərbçisi Qacoyan Hamlet öldürülmüşdü. İstisna deyil ki, əslində bunlar aprelin 2-dən 5-nə qədər gedən döyüşlərdə öldürülmüş erməni əsgərləridir və onların cəsədlərini indi üzə çıxarırlar.
Aprelin 14-də düşmən təmas xəttində atəşkəsi pozaraq ordumuzun bir əsgərini vurmuşdu.

Xocavənddə düşmən əsgəri məhv edildi



Fikrini bildir