SON XƏBƏRLƏR
Bərdədə nazirliyin avadanlıqları oğurlandı

Yazının dərc olunma Tarixi: 25/4/2016

Bərdə rayonunun Cəyirli kəndində Rabitə və Yüksək texnologiyalar nazirliyinə məxsus kabelləri oğurlayaraq metal qəbulu məntəqəsinə satmaqla məşğul olan dəstə üzvləri saxlanılıb. Bərdə polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Haqverdizadə Kamandar Rəşid oğlu, Sadiqov Sərxan Sadiq oğlu, Abbaszadə Qorxmaz Əziz oğlu tutularaq istintaqa cəlb edilib.
Müəyyən edilib ki, dostlardan ibarət dəstə üzvləri müxtəlif vaxtlarda rayonun ayrı-ayrı ünvanlarında telefon və internet kabellərini kəsərək yaşadıqları evlərdən birinin həyətinə gətiriblər. Daha sonra həmin kabellərdəki misi çıxararaq metal qəbulu məntəqələrinə satıblar. Polis satılan kabellərin bir qismini aşkar edərək maddi sübut kimi götürüb.
Bərdədə nazirliyin avadanlıqları oğurlandı
Bərdə Telekommunikasiya qovşağına məxsus 200 metrdən çox rabitə kabellərinin oğurlanması nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulub.
İstintaq zamanı dəstə üzvlərinin törətdikləri digər oğurluq əməllərinin də üstü açılıb. Dostlar bir neçə avtomobilin akkumulyatorunu və su nasosunu oğurlayıblar.
Dəmirdən pul çıxarmaq istəyən dəstə üzvləri etdikləri bu əmələ görə dəmir barmaqlıqlar arasında hələ peşman olmağa kifayət qədər vaxtları olacaq.



Fikrini bildir