SON XƏBƏRLƏR
Özündən 10 yaş kiçik sevgilisini polisə verdi

Yazının dərc olunma Tarixi: 18/9/2016

Bakı sakini evindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsində yaşayan 1960-ci il təvəllüdlü Muradova Balacaxanım Əkbər qızı polisə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı 1970-cı il təvəllüdlü Əzizov Eldar Nəbi oğlu onun evindən oğurluq edib. Qadın bildirib ki, E.Əzizov açar seçmə yolu ilə evdən televizor və telefon oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir