SON XƏBƏRLƏR
Bakıda 23 yaşlı oğlan özünü öldürüb

Yazının dərc olunma Tarixi: 29/11/2016

Bakıda daha bir intihar hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İbrahim Xəlil küçəsi 16 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Samid Arif oğlu Şirvanov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Fikrini bildir