SON XƏBƏRLƏR
Nardaran sakini niyə özünü qatarın altına atdı?-ŞOK

Yazının dərc olunma Tarixi: 30/11/2016

Bu gün səhər 09:20 radələrində metroda intihara cəhd qeydə alınıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Lent.az-a bildirib ki, 1951-ci təvəllüdlü, Nardaran sakini olan Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.
Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. N.Paşayev bildirib ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.



Fikrini bildir