SON XƏBƏRLƏR
"Aztelekom”a baş direktor təyin olunub

Yazının dərc olunma Tarixi: 2/12/2016

"Aztelekom” MMC-yə yeni baş direktor təyin olunub. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Suat Paşayev “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumatda verilib.
Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edirdi.



Fikrini bildir