SON XƏBƏRLƏR
Bakıda polis maşınını çəkiclə sındıran şəxsin cəzası açıqlandı: 9 il həbs

Yazının dərc olunma Tarixi: 25/1/2017

Paytaxtda DYP maşınının üstünə çıxaraq çəkicləyən şəxsin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində yol polisi əməkdaşlatına hücum edən, DYP-yə məxsus avtomobilin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Məhkəmənin hökmü ilə Ş.Bəylərov 9 il azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatı barədə bildirək ki, bu il fevral ayının 18-də Ş.Bəylərov Heydər Əliyev Mərkəzinin qarşısında DYP-yə məxsus maşını üzərində olan çəkiclə yararsız vəziyyətə salmışdı. O, polis əməkdaşlarına qəzəbini bu şəkildə göstərdiyini demişdi. Səbəb olaraq isə polislərin onun sualına istədiyi cavabı verməməsini göstərirdi.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurdu. (musavat.com)



Fikrini bildir