SON XƏBƏRLƏR
Qəbul imtahanlarının keçirilməsi qiyməti dövlət tərəfindən tənzimlənəcək

Yazının dərc olunma Tarixi: 28/1/2017

Qəbul imtahanlarının keçirilməsi qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısına daxil edilib. Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarında iştirak qiymətləri (tarifləri) Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.



Fikrini bildir