SON XƏBƏRLƏR
Dələduzluqda təqsirləndirilən qadınlar apellyasiya şikayəti veriblər

Yazının dərc olunma Tarixi: 28/1/2017

Dələduzluqda və qanunsuz sahibkarlıqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənova barəsində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 1-nə təyin edilib.
İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Questnet LTD" şirkətinin əməkdaşları olan - X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 192.2.3-cü (qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Xalıqova və E.Həsənova 8 il müddətinə azadlıqdan məhrum ediliblər.



Fikrini bildir