SON XƏBƏRLƏR
Milli fəala 10 il həbs, 2 il sürgün cəzası verilib

Yazının dərc olunma Tarixi: 28/1/2017

Cənubi Azərbaycanda yaşayan milli fəal Siyamək Mirzayi 10 il azadlıqdan məhrum olunub və 2 il də sürgünə məruz qalıb. Bu barədə "Araznyus" xəbər yayıb. Siyamək Mirzayı “xaricilərlə əlaqədə” və İranın milli təhlükəsizliyinə təhlükə yaratmaqda ittiham olunur.

Gülüstani İnqilab Məhkəməsi onun barəsində hökmü bu il yanvarın 21-də verib.
Siyamək Mirzayi 2016-cı ilin oktyabrında da “xaricilərlə əlaqələrdə” ittiham edilələk 5 saat saxlanmışdı.
Məhkəməni yaxından izləyən Siyamək Mirzayinin atası bildirib ki, oğlu bütün ittihamları rədd edib.
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları Siyamək Mirzayini iyulun 14-də onun iş yerində həbs edib və Evin həbsxanasına göndəriblər. Milli fəal Siyamək Mirzayi dəfələrlə həbs olunub və hədələnib. O, hazırda Tehranda Evin həbsxanasındadır.

“Biz azərbaycanlı, türk, müsəlmanıq”

“Facebook” və “Twitter” sosial şəbəkələrində Siyamək Mirzayi cənub azərbaycanlılarının milli kimliyi uğrunda mübarizə aparan şəxs kimi təsvir edirlər. Sosial şəbəkələrdə yayılmış videoda 9-cu əsr Xürrəmilər hərəkatının məskəni olan Bəzz qalasında Siyamək Mirzayi deyir ki, Babək və onun hərakatı İran azərbaycanlılarına öz milli kimliklərini indiyə qədər saxlaya bilməsində böyük rol oynayıb. O vurğulayır ki, dinə və digərlərinə qarşı mübarizə aparmırlar: “Biz müsəlmanıq, amma azərbaycanlı, türk müsəlmanıyıq”, - o deyir. Siyamək Mirzayi çıxışını “bölünmüş vətən”dən bəhs edən şeirlə bitirir. ("Azadlıq" radiosu)



Fikrini bildir