SON XƏBƏRLƏR
70 manata görə 8 il həbs cəzası verildi

Yazının dərc olunma Tarixi: 30/1/2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Orxan Xurşudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Xurşudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 22-də Orxan Mürsəlovun 70 manat pulunu quldurluq yolu ilə almış Şirvan şəhər sakini Orxan Xurşudlu tutulub.



Fikrini bildir