SON XƏBƏRLƏR
Bakıya kameralı eynək gətirən QHT sədrinə 12 il hökm oxundu

Yazının dərc olunma Tarixi: 2/2/2017

Mənimsəmədə təqsirləndirilən QHT sədrinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İ.Əliyev son sözlə çıxış edib.
O, günahsız olduğunu və heç bir cinayət əməli törətmədiyini deyib: "Heç nə olmadığı halda prokuror 13 il cəza istədi. Nə deyə bilərəm ki?".
Məhkəmə yekun qərar üçün müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, Moskva-Bakı aviareysi ilə gələn İlqar Əliyevin şəxsi əşyaları arasında gömrük nəzarətinə təqdim olunmayan metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. (musavat.com)



Fikrini bildir