SON XƏBƏRLƏR
Avtoyuma məntəqəsinə 4 min manat ziyan vuranlar saxlanıldı - VİDEO

Yazının dərc olunma Tarixi: 10/2/2017

Şabranda avtoyuma məntəqəsindən oğurluq edənlər saxlanıldı

ARB Şimal xəbər verir ki, fevralın 3-dən 4-nə keçən gecə Şabranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Mütəllimovun avtoyuma məntəqəsindən oğurluq olub. Obyektdə istifadə edilən 3900 manat dəyərində avadanlıqlar oğurlanıb.

Ceyhun Mütəllimov - Zərərçəkən: "Ayın 5-i səhər obyekti açmağa gələndə gördük ki, "moyka" aparatı, kompressor ümumi 4 minə yaxın mal aparıblar".
Fevral ayının 7-dən 8-nə keçən gecə isə digər bir sahibkar Hacı Quliyevin də avtoyuma məntəqəsindən oğurluq edilib.
Sahibkarlara ümumilikdə 6 200 manatlıq məbləğində ziyan dəyib. Oğurluq etməkdə şübhəli bilinən şəxslər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların rayon sakinləri 24 yaşlı Amin Muradov və Cavad Cavadov olduğu müəyyənləşdirilib.
Əlbir olaraq oğurluq edən şəxslər əldə etdikləri avadanlıqları Bakı şəhərində avtoyuma məntəqəsi işlədən 21 yaşlı Rəşad Abbasova satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.




Fikrini bildir