SON XƏBƏRLƏR
Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya 14 il cəza istədi

Yazının dərc olunma Tarixi: 13/2/2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində döyüşməkdə ittiham olunan Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək, Ramin Xanmuradovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.



Fikrini bildir